Heydər Əliyev Beynəlxalq Aeroportunun strateji rolu FOTOREPORTAJ
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın əsas hava qapısı və Cənubi Qafqazın ən böyük aviasiya mərkəzlərindən biridir.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşən aeroport ölkənin beynəlxalq hava nəqliyyatı sistemində strateji rol oynayır və regionun əsas tranzit qovşaqlarından hesab olunur.
2014-cü ildə istifadəyə verilmiş müasir "Terminal 1" innovativ memarlıq həlli, yüksək xidmət standartları və sərnişin rahatlığı ilə seçilir. Aeroportun ümumi illik sərnişin tutumu 9 milyon nəfərə çatır.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq səviyyədə yüksək qiymətləndirilir və dəfələrlə "Skytrax" şirkəti tərəfindən Mərkəzi Asiya və MDB məkanının ən yaxşı hava limanlarından biri seçilib.
Aeroport sərnişin təcrübəsi, xidmət keyfiyyəti və innovativ həllərə görə regionun qabaqcıl aviasiya mərkəzlərindən biri hesab olunur.
2024-cü ildə hava limanı 7.5 milyondan çox sərnişinə xidmət göstərərək tarixinin ən yüksək göstəricisini qeydə alıb və regionun aparıcı aviasiya qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan fotoreportajı təqdim edirik:
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 08 İyun 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















