Icma.az
close
up
RU
Heydər Əliyev Ensiklopediyası nə vaxt hazır olacaq? FOTO

Heydər Əliyev Ensiklopediyası nə vaxt hazır olacaq? FOTO

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən məsələlərdən biri də "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən hazırlanan "Heydər Əliyev Ensiklopediyası"nın cari vəziyyəti haqqında olub.

Publika.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Heydər Əliyev İli" çərçivəsində AMEA-nın Tədbirlər planından irəli gələrək "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində "Heydər Əliyev Ensiklopediyası"nın hazırlandığını söyləyib. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin iclasında "Heydər Əliyev Ensiklopediyası"nın sözlüyü müzakirə edilərək təsdiqlənib və məqalələrin hazırlanması prosesinə başlanılıb.

Sonra "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin əməkdaşı Rüstəm Hacıyev çıxış edərək "Heydər Əliyev Ensiklopediyası"nın hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Ensiklopediya üçün nəzərdə tutulan məqalələrin hazırlanması prosesi sürətlə davam edir və görülən işlər aidiyyəti dövlət qurumlarından məlumatlar əldə olunaraq yerinə yetirilir. O, məqalələrin hazırlandıqdan sonra hər bir istiqamət üzrə müvafiq institutlara göndəriləcəyini və onların da rəyinin nəzərə alınacağını söyləyib. R.Hacıyev "Heydər Əliyev Ensiklopediyası"nın 2025-ci ildə tam hazır olacağını diqqətə çatdırıb.

Məsələ ilə əlaqədar akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının cildlərinin elektron versiyasının İnternet məkanında yerləşdirilməsi ilə bağlı təklifini səsləndirib.

Həmçinin akademik Gövhər Baxşəliyeva və professor Kərim Şükürov çıxış edərək fikir və təkliflərini diqqətə çatdırıblar.

Akademik İsa Həbibbəyli Ensiklopediyanın yüksək səviyyədə hazırlanması və çapı üçün öz tapşırıqlarını verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://publika.az
archiveBu xəbər 30 Noyabr 2024 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see122

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see113

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see112

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri