Heydər Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında layihələr müzakirə olunub
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ər-Riyadda Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Kral Salman Mərkəzi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın inkişafı, eləcə də gələcək birgə layihələr istiqamətində müzakirələr aparılıb.
Abdullah Ər-Rabiə, eyni zamanda, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri şahzadə Məhəmməd bin Salman Al Səudun salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 30 Noyabr 2024 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















