Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

Pendirin beyinə faydası

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

“Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı”

“Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı”

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

15 iyun- Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir. Bu şanlı tarix səhifəsini yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndərimiz Heydər Əliyevdir. Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil.

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Ölkədə ictimai həyatın bütün sahələrində hökm sürən xaos, hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı və anarxiya respublikanı bürüdü. Orduda vəziyyət ağırlaşdı, fərarilik halları artdı. Erməni təcavüzü get-gedə daha geniş miqyas alırdı. Respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Ölkəni bürüyən hərc-mərclik, özbaşınalıq vətəndaş müharibəsi həddinə çataraq dövlət müstəqilliyimizi təhlükə altına aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağır sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğu zərurəti yaratmışdı. Bu xilaskar isə kifayət qədər idarəçilik təcrübəsi olan, milli maraqları hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev idi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü bu ağır  vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Vətənin belə ağır günündə Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əvvəlcə siyasi sabitlik yaradıldı, dövlət aparatında nizam-intizam bərpa olundu. Qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycanın parçalanmaq təhlükəsi dəf edildi. Onun uzaqgörən siyasəti nəticəsində Konstitusiya hazırlandı və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi. Hüquqi baza formalaşdı, qanunvericilik və məhkəmə sistemləri quruldu, ordu gücləndirildi. Eyni zamanda Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafının əsası oldu. “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi 1994-cü ildə imzalandı və Azərbaycan iqtisadiyyatına milyardlarla xarici sərmayənin cəlb olunmasına zəmin yaratdı. Bu, yalnız iqtisadi inkişafı deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin etdi və ölkədə yeni eranın başlanğıcı qoyuldu.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu öndər bütün maneələrə baxmayaraq ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümummilli lider dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edərək, Vətənimizi dünyada söz və nüfuz sahibi, dinamik inkişaf edən ölkəyə çevirdi.

Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür və bu önəmli tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi yazıldı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix Ulu öndər sayəsində həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz.

Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik siyasi və dövlət xadimi Ulu öndər tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.  Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu.
Bu gün qazanılan nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün ölkə Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə layiqincə davam etdirir.
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 İyun 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see287

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see213

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see195

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see188

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see176

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see141

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see127

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see127

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see125

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see125

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

28 Oktyabr 2025 18:42see121

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

28 Oktyabr 2025 19:06see120

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see119

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see119

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see117

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see117

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri