Icma.az
close
up
RU
Heydər Əliyev hər bir azərbaycanlı üçün böyük bir məktəbdir

Heydər Əliyev hər bir azərbaycanlı üçün böyük bir məktəbdir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Tarix görkəmli şəxsiyyətlərin həyat salnamələri ilə yazılır. Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun həyatı və fəaliyyəti ilə bağlı hər məqam Azərbaycan tarixinin şanlı səhifəsi, müstəqil Azərbaycanın isə möhkəm bünövrəsidir. Buna görə də onunla bağlı əlamətdar günlər xalqımız, ölkəmiz üçün də xüsusi məna kəsb edir, əhəmiyyətli tarixi hadisə kimi xatırlanır və qeyd olunur. Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycançılıq ideyalarını hər şeydən uca tutan, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev ilə Azərbaycanın adı qoşa çəkilir, dövlətçiliyimizin rəmzi kimi qəbul edilir. Anadan olmasının 102-ci ildönümündə də bütün azərbaycanlılar tərəfindən dərin ehtiram və sevgi ilə yad edilən Ümummilli Liderin mənalı həyatı, məhsuldar fəaliyyəti haqqında saatlarla, günlərlə danışmaq, cild-cild kitablar nəşr etmək olar. Bu gün qürur duyduğumuz, haqqında fəxrlə danışdığımız Azərbaycanımız məhz dahi liderin şah əsəridir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə görülən tədbirlər respublikamızda inkişafa səbəb oldu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra hazırladığı və həyata keçirdiyi inkişaf konsepsiyası sayəsində fundamental çətinliklər aradan qaldırıldı. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, parlament seçkiləri keçirildi, kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində uğurlu addımlar atıldı.

Qısa müddət ərzində Ulu Öndər dağılmaqda olan Azərbaycanı müstəqil ölkəyə çevirdi. Onun praqmatik xarici siyasəti nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaşa çevrildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın güclü iqtisadiyyatı üçün zəmin yaratdı”.  

M.Vəliyeva qeyd etdi ki, Ümummilli Liderin bütün fəaliyyətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və ərazi bütövlüyünün təmin edilməsi idi: “Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli əsas missiyalardan biri idi. Dahi liderin yürütdüyü xarici və daxili siyasət müstəqil Azərbaycanın əbədiliyinə xidmət edirdi. Tarix, mədəniyyət, ədəbiyyat və dilimizlə Azərbaycançılıq ideologiyasının mənəvi sütunlarını yaradır, xalqı bu çətir altında birləşdirirdi. Ordu quruculuğu, milli ruha sahib vətənpərvər gənc nəslin yetişdirilməsi üçün hərtərəfli işlər görüldü. Təhsilin inkişafı üçün ciddi addımlar atıldı. Hələ birinci dəfə hakimiyyətdə olduğu 70-ci illərdə təhsilin əhatə dairəsi genişləndi, gənclərin ölkə hüdudlarından kənarda təhsil almaları, kadr kimi hazırlanmarı üçün şərait yaradıldı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Bu qərar müstəqil Azərbaycanın ordu quruculuğunda ciddi faktor idi. Bu liseyin yetirmələri 49 il sonra - 2020-ci il 44 günlük Vətən Müharibəsində tarix yazdılar. Göründüyü kimi, ordu quruculuğu, milli ruha sahib vətənpərvər gənc nəslin yetişdirilməsi üçün hələ Sovet dövründən başlayaraq məqsədyönlü tədbirlər həyata keçirən Ulu Öndərin tarixi missiyasını uğurla davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Cənab Prezident bununla da ata vəsiyyətini yerinə yetirdi. Mərhum prezidentimiz Azərbaycan xalqına, məcburi köçkünlərə söz vermişdi ki, torpaqlarımıza- işğal altındakı rayonlarımıza qayıdacağıq. Onun başa çatdıra bilmədiyi bu işi layiqli davamçısı cənab İlham Əliyev tamamladı. Bu gün Ulu Öndərin ruhu şaddır, çünki onun ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması idi. Hazırda azad olunan torpaqlarda əsl sahibləri tərəfindən sürətli quruculuq və bərpa işləri həyata keçirilir”.

Millət vəkili onu da əlavə etdi ki, Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətdir: “Həmkarları onun haqqında həmişə yüksək fikirdə olublar, haqqında heyranlıqla, ehtiramla danışıblar. Onunla təmasda olmuş tanınmış dövlət adamları və siyasi xadimlər Ulu Öndərin böyüklüyünü etiraf ediblər. Onun haqqında ABŞ-ın sabiq Prezidenti Corc Buş “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirak “qeyri-adi şəxsiyyət” ifadələrini işlədiblər. Heydər Əliyev şəxsiyyətinin nəhəngliyini illər getdikcə daha yaxşı anlayırıq. Heydər Əliyev irsi, keçdiyi ömür yolu, onun özünəməxsus fəlsəfəsi geniş miqyasda araşdırılaraq tədqiqat əsərləri, cild-cild kitablar yazılmışdır. Ancaq bu dahi şəxsiyyətin irsi bitib- tükənməz xəzinə olaraq hər zaman ona üz tutanları təəccübləndirir və heyran qoyur. Bu dühanın nüvəsi isə sevgi, zəhmət, əzmkarlıq və sədaqətdir. Heydər Əliyev hər bir azərbaycanlı üçün müəllim və böyük bir məktəbdir. Biz xalq olaraq bu gün əldə etiyimiz uğurulara görə Ümummilli Liderə borcluyuq.

Anadan olmasının 102-ci ildönümündə dahi rəhbəri bir daha ehtiramla anır, onu əbədi olaraq yaşadırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri