Heydər Əliyev ideyaları Azərbaycan xalqını daim irəli aparan yol xəritəsidir Fəzail Ağamalı
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Heydər Əliyev ideyaları Azərbaycan xalqını daim irəli aparan yol xəritəsidir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Ulu Öndərin anım günündə sabiq millət vəkili Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, 12 dekabr Azərbaycan xalqı üçün dərin ehtiram və xatirə günü olaraq dəyərləndirilir: “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın qəhrəman oğlu, ölkəmizi ağır və taleyüklü sınaqlardan çıxaran böyük dövlət xadimidir. Onun müasir Azərbaycanın qurulmasında göstərdiyi tarixi xidmətlər heç zaman unudulmayacaq".
Fəzail Ağamalı vurğulayıb ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir: “Heydər Əliyev ideyaları Azərbaycan xalqını daim irəli aparan yol xəritəsidir. Biz bu gün Ulu Öndərin düşünülmüş siyasətinin bəhrələrini görürük. Xalqımız Ulu Öndərin ruhu qarşısında daim ehtiramla baş əyir".
Deputat Ulu Öndərin xatirəsini dərin hörmətlə yad edərək, Azərbaycan xalqına onun əziz xatirəsini yaşatmağın müqəddəs borc olduğunu qeyd edib.
Baxış sayı:65
Bu xəbər 12 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















