Icma.az
close
up
RU
Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı

Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

1991-ci ildə müstəqilliyini bərpa etmiş dövlətimiz daxili siyasi böhran, sosial-iqtisadi tənəzzül və xarici təhdidlər şəraitində böyük sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzünün genişləndiyi, orduda parçalanmaların dərinləşdiyi, dövlət idarəçiliyində xaosun hökm sürdüyü bir vaxtda Azərbaycan parçalanmaq və dövlət kimi məhv olmaq təhlükəsinə yaxın idi. Belə bir tarixi anda xalqın ümid yeri yalnız Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev müstəqil dövlətimizin xilası və sabitliyi naminə tarixi missiyasını üzərinə götürdü. 15 iyunda Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Elə həmin vaxtdan etibarən ölkədə sabitlik və dövlətçilik ənənələrinin bərpası istiqamətində dönüş baş verdi. Azərbaycan Respublikasının Milli Məclisi iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.
Xalq isə öz xilaskar liderinin ətrafında sıx birləşdi, 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqı tarixi seçim etdi. Nəticələr xalqın iradəsini parlaq şəkildə ifadə edirdi, seçicilərin mütləq əksəriyyəti Ümummilli Lider Heydər Əliyevin lehinə səs vermişdi. 10 oktyabr 1993-cü ildə andiçmə mərasimi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Xalqın xilaskar lideri Heydər Əliyev dövlət başçısı səlahiyyətlərinin icrasına başladı. Bu əlamətdar hadisə yalnız siyasi dəyişiklik deyil, həm də dövlətçilik yolunda fundamental dönüş idi. Ölkəmizdə müasir dövlət quruculuğu, hərbi təcavüzə qarşı mübarizəsi və islahatlar dövrü məhz bu andan başladı.
Sonrakı illərdə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtuldu, siyasi sabitlik təmin edildi. İqtisadi islahatlar başlandı, beynəlxalq münasibətlərdə tarazlaşdırılmış xətt seçildi. 1998-ci ildə keçirilən növbəti prezident seçkilərində Heydər Əliyevin inamlı qələbəsi onun dövlətçilik yolunun xalq tərəfindən dəstəkləndiyini bir daha göstərdi.
Beləliklə, 3 oktyabr 1993-cü il tarixi Azərbaycanın böyük inkişaf yoluna qədəm qoyduğu əlamətdar gün kimi əbədi həkk olundu.

Azər Süleymanov
YAP Nəsimi rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri