Heydər Əliyev Mərkəzi amerikalı heykəltaraşın sərgisinə hazırlaşır
Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, Kerol Förmen güclü realist təsirə malik bütöv bədən heykəlləri yaratmaqla məşhurdu, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləri ilə tanınır. Bakıda təqdim olunacaq “Suda yenidən doğulanlar” (Reborn into the Water) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.
“Üzgüçülər” seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir. Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur, o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən daxili güc barədə düşünməyi vacib bilir. “Suda yenidən doğulanlar” sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir. Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir. Müəllifin “Rut” əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunacaq.
Kerol Förmenin əsərləri bugünədək dünyanın nüfuzlu məkanlarında sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda “Park Avenue”, “Central Park”, eləcə də Nyu-Orleandakı “Poydras Corridor” və Parisdəki “Avenue George V” kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Heydər Əliyev Mərkəzi amerikalı heykəltaraşın sərgisinə hazırlaşır
12 Yanvar 2026 10:05
Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın sərgisi açılıb FOTO
06 Mart 2025 23:46
Monteneqro Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış oldu
14 Noyabr 2024 15:29
Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə proyeksiya olundu
29 Oktyabr 2025 20:59
Monteneqro Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub Fotolar
14 Noyabr 2024 17:20
Baxış sayı:74
Bu xəbər 12 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları