Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim olunub

Heydər Əliyev Mərkəzində Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim olunub

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Heydər Əliyev Mərkəzində distant formada keçirilən növbəti Çin dili kurslarının birinci mərhələsini uğurla başa vuran 20 tələbəyə sertifikatlar təqdim olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunun və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə UNECdə distant Çin dili kursları təşkil olunur. Üçüncü qəbul üzrə tədris UNEC-də 2024-cü ilin dekabrından başlayıb.

Sertifikatların təqdim olunması mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Leyla Əliyevanın rəhbərliyi ilə başlanılan distant Çin dili kursları qısa müddətdə böyük marağa səbəb olub. O deyib ki, müraciətlərin sayı hər mərhələdə dəfələrlə artıb. Rektor vurğulayıb ki, kursların distant formada keçirilməsi həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar üçün geniş imkanlar açır.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxışında bildirib ki, qədim zamanlardan Çindən Qərbə doğru gedən karvanlar təkcə ipək deyil, mədəniyyət, ədəbiyyat və sənət də aparırdılar. Onun sözlərinə görə, Azərbaycan da bu mədəni mübadilənin bir parçası olub, buradan da Çinə ədəbi və mədəni nümunələr gedib çıxıb. Bu səbəbdən dünya ədəbiyyatına baxanda Şərq və Qərb ənənələrinin qarışıq, zəngin mənzərəsi ilə qarşılaşırıq. Rektor vurğulayıb ki, Çin mədəniyyəti, dili, ədəbiyyatı, Konfutsi və Lao Tszının yaratdıqları böyük fəlsəfi irs tələbələr üçün öyrənilməli dəyərlərdir.

Tədbirdə çıxış edən kursun məzunları Turanə Kamalova və Aydan Qurbanova diqqətə çatdırıblar ki, distant Çin dili kursları onların həyatında yeni imkanlar açıb və gələcək fəaliyyətlərinə müsbət təsir göstərib. Qeyd ediblər ki, bu proqram sayəsində həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət üçün vacib biliklər qazanıblar.

Çıxışlarda, həmçinin bildirilib ki, dərslərə Azərbaycanın müxtəlif regionlarından, eləcə də Çində və digər xarici ölkələrdə yaşayan azərbaycanlılar da qoşula bilirlər. Şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin təhsil haqları Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Tədris müxtəlif yaş qruplarını əhatə edir. İndiyədək ən gənc tələbənin 14 yaşı, ən yaşlı tələbənin isə 74 yaşı olub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı həm də kurs iştirakçılarının ifalarında Çin mədəniyyətini tərənnüm edən bədii proqram təqdim olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see191

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see124

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see121

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see119

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri