Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Heydər Əliyev Mərkəzində tələbələrlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunan görüşün məqsədi Ulu Öndərin irsinin dərindən öyrənilməsi və təbliği, eləcə də ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” olması nəzərə alınaraq, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda formalaşmış memarlıq məktəbi haqqında, şəhərsalma üzrə həyata keçirilmiş irimiqyaslı işlər, bu sahədə milli irsin qorunması baxımından aparılan siyasət barədə gənc nəsli maarifləndirməkdir.

Görüşdə tanınmış heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun yaradıcılığı, onun Azərbaycan memarlıq və təsviri sənətində rolu, eləcə də Ümummilli Liderin mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələr barədə müzakirələr aparılıb.

Heydər Əliyev Mərkəzində müxtəlif sahələri, o cümlədən mədəniyyət və incəsənət sahələrini əhatə edən tədbirlərin təşkil olunduğunu qeyd edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov heykəltaraşlıq nümunələrinin nümayişinin keçirildiyini də diqqətə çatdırıb: "Ömər Eldarov daim bizə bu məsələlərdə dəstək olur. Bu günlərdə biz Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu olaraq Ulu Öndərin doğum günü ilə bağlı silsilə tədbirlər keçiririk. Bizim üçün qürurlu bir gündür ki, bu gün siz Heydər Əliyev Mərkəzində xüsusi hazırlanmış bir tədbirdə iştirak edirsiniz".

Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Ömər Eldarov, onun çox müdrik lider, ünsiyyətcil və səmimi bir insan olduğunu deyib. Ümummilli Liderin incəsənətə olan marağından bəhs edən Xalq rəssamı Heydər Əliyevin rəssam olmaq arzusundan danışıb, doğmaları arasında tanınmış rəssam və memarın olduğunu qeyd edib. O, Ulu Öndərin sərgiləri ziyarət etdiyini, təsviri incəsənət barədə fikir mübadiləsi apardığını bildirib.

Görüş zamanı, həmçinin videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda sənətkarın zəhmətkeşliyinə və əzmkarlığına verilən yüksək qiymət, Ulu Öndərin Ömər Eldarovla yaradıcılıq prosesi, əsərlərin konsepsiyası ilə bağlı dialoqu, Azərbaycan heykəltəraşlıq məktəbinin rolu əks olunub.

Qeyd edək ki, “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” layihəsi Ulu Öndərlə yaxın ünsiyyətdə olmuş, onunla sıx təmasda fəaliyyət göstərmiş tanınmış şəxslərin iştirakı ilə reallaşan ilk tədbirlərdən biridir. Həmin silsiləyə Ömər Eldarovun yaradıcılığına müraciət etməklə start verilməsi də təsadüfi deyil. Yaradıcılıq hər dövrdə təkcə estetik zövqün formalaşmasına deyil, həm də xalqlar arasında dostluq körpüsünün qurulmasına xidmət edib. Ümummilli Lider Heydər Əliyev isə Ömər Eldarovun sənətini “insanlıq və mədəniyyət rəmzi” adlandırıb.

Layihə gənc nəslin milli-mədəni irsə marağının artırılması, onların estetik zövqünün formalaşdırılması və ölkəmizin memarlıq və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Görüş çərçivəsində Xalq rəssamı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Müxbir - Göyçək Mahmudlu

Tərcümə etdi - Səbinə Mütəllimzadə

Fotoqraf - Tofiq Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri