Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində “Kino söhbətləri”

Heydər Əliyev Mərkəzində “Kino söhbətləri”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və kino sənayesi nümayəndələrinin də iştirakı ilə "Cinema Talks" (“Kino söhbətləri”) adlı panel müzakirə keçirilib. 

Nazirliyin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunan müzakirələr zamanı Azərbaycan kino sənayesinin gələcək inkişafı və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılıb, Azərbaycan kino sənayesindəki mövcud vəziyyət haqqında fikirlər səsləndirilib. Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşı Səbinə Bağırova  ölkəmizdə xarici şirkətlər tərəfindən film çəkilişlərinin həyata keçirilməsi və həmin təşkilatlar tərəfindən bu sahəyə 10 milyon dollar məbləğində investisiya yatırması haqqında məlumat verərək, müştərək film istehsalı, bu sahənin inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq məsələləri haqqında danışıb. Sonra, çıxış edən aktyor Azər Aydəmir Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı şəkildə  bərpa edilməsini təklif edərək, “Kinopark” layihəsi haqqında məlumat verib. Bildirib ki, kino sahəsində inkişaf prosesinə dəstək verən, “təşəbbüs qrupu” adlandırılacaq bir neçə nəfərdən ibarət qrupun üzvləri tərəfindən bu sahənin inkişafı ilə bağlı  kinostudiyanın həyətində yeni infrastruktur  salınması nəzərdə tutulur:

- Əgər bu layihəyə müəyyən  şirkətlər tərəfindən sərmayə qoyularsa, burada kino sahəsində çalışanlar, ümumiyyətlə bu sahəyə marağı olan insanlar üçün hərtərəfli şərait  yaradılacaq. 

Panel müzakirələrdə, həmçinin  kino xadimlərinin də iştirakı ilə kino  fondlarının müştərək istehsal etdikləri filmlərin çəkilişi, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi və başqa mövzular haqqında fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, “Cinema talks”  layihəsi kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər və kinoya maraq göstərən digər şəxslər üçün yeni əməkdaşlıqlar qurmaq və bu sahədə perspektivləri inkişaf etdirmək baxımından mühüm platforma rolunu oynayacaq.

Fidan SALMANOVA

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Mart 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri