Heydər Əliyev prospektində geriyə hərəkət edən yük maşını qəzaya səbəb olub VİDEO
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti “Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib: "İlkin ehtimala görə yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından “Bağırov” tunelindən keçə bilməyib. O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb".
NİİM sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın: "Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Hadisə zamanı ölən və xəsarət alan olmasa da, bu qəzadan sürücülər bir nəticə çıxarmalıdırlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















