Icma.az
close
up
RU
Heydər Əliyev qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış lider idi ŞƏRH

Heydər Əliyev qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış lider idi ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun siyasi irsinə nəzər saldıqda bir həqiqət xüsusilə aydın görünür: Heydər Əliyev yalnız Azərbaycanın dövlətçilik tarixində deyil, bütövlükdə XX əsrin sonu və XXI əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində mühüm iz qoymuş dünya səviyyəli siyasi lider olub. Onun həyata keçirdiyi siyasət, qəbul etdiyi strateji qərarlar və qurduğu beynəlxalq münasibətlər modeli bu gün də müxtəlif ölkələrdə siyasi liderlik nümunəsi kimi araşdırılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib.

Onun fikrincə, Heydər Əliyevi dünyamiqyaslı lider kimi şərtləndirən əsas faktlardan biri onun Sovet İttifaqı dövründə əldə etdiyi yüksək siyasi nüfuz idi. O dövrdə SSRİ kimi nəhəng geosiyasi gücün rəhbər strukturlarında təmsil olunmaq yalnız yüksək intellektual hazırlıq deyil, eyni zamanda, fövqəladə siyasi idarəetmə qabiliyyəti tələb edirdi. Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun – Politbüronun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Bu, Azərbaycan tarixində misilsiz hadisə idi. Həmin dövrdə iki fövqəldövlətdən biri olan SSRİ-nin Politbüro üzvləri dünyanın ən təsirli siyasi qərarvericiləri sırasında yer alırdılar.

“Heydər Əliyevin beynəlxalq nüfuzunun bariz nümunəsi olan maraqlı faktlardan biri də dünya mediasının ona diqqəti idi. Xarici publisistik mənbələrdə Heydər Əliyev SSRİ rəhbərliyində yüksələn siyasi fiqur kimi xarakterizə edilmişdir. O, SSRİ rəhbərliyində sürətlə yüksələn və gələcəkdə daha böyük siyasi rol oynayacağı gözlənilən lider kimi təqdim olunurdu. Soyuq müharibə dövründə Qərb mediasının SSRİ rəhbərliyindəki şəxsləri bu cür diqqətlə izləməsi və müsbət siyasi perspektivlə təqdim etməsi olduqca nadir hal hesab olunurdu. Bu isə Heydər Əliyevin yalnız regional deyil, beynəlxalq siyasi dairələrin də diqqət mərkəzində olduğunu göstərirdi”, - deyə İdarə Heyətinin sədri əlavə edib.

Ramil İskəndərli bildirib ki, Azərbaycanın müstəqillik dövründə Heydər Əliyevin ən mühüm tarixi xidmətlərindən biri ölkənin enerji strategiyasını düzgün müəyyənləşdirməsi və onu qlobal iqtisadi sistemə inteqrasiya edə bilməsi idi. 1994-cü ildə imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi təkcə iqtisadi layihə deyildi. Bu müqavilə Azərbaycanın geosiyasi təhlükəsizliyinin təmin olunması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin qurulması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından strateji dönüş nöqtəsi idi.

“Heydər Əliyevin dövlətçilik bacarığı və siyasi uzaqgörənliyi dünya liderləri tərəfindən də daim yüksək qiymətləndirilib. ABŞ-nin keçmiş Prezidenti Bill Klinton Heydər Əliyevi “öz xalqını çətin dövrdə sabitliyə və inkişaf yoluna çıxaran müdrik lider” kimi xarakterizə etmişdi. Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl isə onu “Türk dünyasının böyük dövlət adamı” adlandırırdı. Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyevin “müstəsna dövlətçilik təcrübəsinə malik siyasətçi” olduğunu qeyd etmişdi.

Bununla yanaşı, Heydər Əliyev beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış liderlərdən biri idi. O, həm Qərb dövlətləri, həm Rusiya, həm də İslam dünyası ilə münasibətlərdə balans siyasətini uğurla həyata keçirərək Azərbaycanın müstəqil xarici siyasət kursunu təmin etmişdi. Bu siyasət nəticəsində Azərbaycan qlobal geosiyasi qarşıdurmalar fonunda öz milli maraqlarını qorumağı bacaran etibarlı tərəfdaş imici qazandı”, - deyə QHT sədri diqqətə çatdırıb.

Sonda Ramil İskəndərli qeyd edib ki, Heydər Əliyev mürəkkəb beynəlxalq münasibətlər sistemində milli maraqları qorumağın, praqmatik diplomatiyanın, siyasi uzaqgörənliyin və güclü dövlət idarəçiliyinin nümunəsini yaratmış tarixi şəxsiyyət idi. Onun müəyyən etdiyi siyasi standartlar bu gün də Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri