Heydər Əliyev Sarayında “Ovod” tamaşası... Satışda son 10 bilet qalıb!
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, aprelin 20-də Heydər Əliyev Sarayında irlandiyalı yazıçı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında M.Teatrda səhnələşdirilən eyni adlı tamaşanın premyerası olacaq.
Bakupost.az xəbər verir ki, tamaşaya cəmi 10 bilet qalıb.
Premyerası keçiriləcək tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissoru isə Oksana Rəsulovadır.
Səhnə əsərində obrazları Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, eləcə də tanınmış aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba canlandırırlar.
Tamaşaya biletləri iticket.az onlayn bilet satış portalından və teatrın kassasından əldə edə bilərsiniz.
https://iticket.az/events/theatre/ovod01/141511
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















