Icma.az
close
up
RU
Heydər Əliyev və atamın xatirəsi ürəyimdə əbədi yaşayır İlqam Cəbiyev yazır

Heydər Əliyev və atamın xatirəsi ürəyimdə əbədi yaşayır İlqam Cəbiyev yazır

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Mən Ulu Öndər Heydər Əliyevi həqiqətən çox istəmişəm. Uşaqlıq illərimdən bəri ona olan sevgim böyük idi. Rəhmətlik atamla hər axşam xəbərlərin saatını səbirsizliklə gözləyərdik ki, Heydər Əliyevin ölkədəki çıxışlarını izləyək. Evdə o an sanki həyat dayanardı – bir nəfər belə səs sala bilməzdi. Çünki Ulu Öndərin danışığı, nitqi tamam başqa idi – adamı valeh edən, ruhu oxşayan, gələcəyə ümid verən bir səs tonu vardı.

Atam həmişə deyərdi: “Heydər Əliyev danışanda qulaq asmaq vacibdir, çünki bu insan xalqın yolunu göstərir.” Mən də onun hər sözünü diqqətlə izləyərdim. Bəlkə də o günlərdən qəlbimdə dövlətə, millətə bağlılıq, vətən sevgisi yarandı.

Ulu Öndərin çıxışları bizim ailə üçün adi xəbər yox, böyük bir dərs, böyük bir məktəb idi. Onun səsi yayılan kimi evdə səssizlik hökm sürərdi – çünki bilirdik ki, bu insan Azərbaycanın taleyindən danışır, gələcəyindən söz açır.

Heydər Əliyev sadəcə bir siyasətçi deyildi – o, Azərbaycan xalqının ata siması idi. Mən indi də o günləri, o həyəcanı, atamla birlikdə ona baxdığımız anları böyük hörmət və sevgi ilə xatırlayıram.

Atamı itirdim… Allah rəhmət eləsin Ulu Öndərimizə də, atama da. Onların izi qəlbimdə əbədi yaşayır

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://dogru.az
archiveBu xəbər 21 İyun 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri