Icma.az
close
up
RU
Heydər Əliyev yolu Azərbaycanı möhtəşəm Zəfər zirvəsinə yüksəltdi Deputat

Heydər Əliyev yolu Azərbaycanı möhtəşəm Zəfər zirvəsinə yüksəltdi Deputat

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Müstəqilliyin ilk illərində xalqımız taleyüklü sınaqlarla üz-üzə qalmışdı. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ölkəmizdə hökm sürən siyasi böhran fonunda daxili qarşıdurmalar vəziyyəti daha da ağırlaşdırırdı. Silahlı toqquşmaların artması, iqtisadi resursların tükənməsi və vətəndaş müharibəsi təhlükəsi reallığa çevrilmişdi. Bu mürəkkəb dönəmdə xalqın xilaskarı yalnız Ümummilli Lider Heydər Əliyev oldu".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər dərhal milli qurtuluş missiyasını üzərinə götürdü:

"Onun qətiyyəti, siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə sabitlik bərpa olundu, siyasi xaos aradan qaldırıldı və müstəqilliyin qorunması üçün zəruri addımlar atıldı. Heydər Əliyevin qayıdışı ilə Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu, xalqımızın milli birlik və həmrəyliyi gücləndi. Həmin dövr Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji layihələrinin aktoruna çevrilməsinə, ölkənin iqtisadi yüksəlişinə və qlobal strateji mövqeyinin möhkəmlənməsinə şərait yaratdı. Bu müqavilə həm də dövlətimizin beynəlxalq nüfuzunu artırdı və ölkənin müstəqil inkişaf yolunu bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu gücləndirildi. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdi.

Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin strukturunu modernləşdirərək, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Hərbi nizam-intizamın bərqərar olunması, maddi-texniki bazanın möhkəmləndirilməsi və silahlanmanın beynəlxalq standartlara uyğunlaşdırılması ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirdi. Hərbi təlimlər, taktiki hazırlıq proqramları və strateji planlaşdırma sahəsində atılan addımlar ordunun döyüş əzmini artırır, həmçinin ölkənin ərazi bütövlüyünün qorunması üçün dayanıqlı zəmin yaradırdı. Ümummilli Liderin bu istiqamətdə reallaşdırdığı siyasət həm də dövlətin strateji təhlükəsizlik imkanlarının genişlənməsinə və milli suverenliyin möhkəmləndirilməsinə xidmət edirdi. Bu amillər regional və beynəlxalq təhlükəsizlik kontekstində dövlətimizin mövqeyini gücləndirdi.

Heydər Əliyev yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin siyasi-iqtisadi və hərbi gücü artmış, diplomatik mövqeyi möhkəmlənmişdir. Bütün bunların nəticəsi olaraq 2020-ci ildə baş vermiş Vətən müharibəsində tarixi Zəfər əldə edildi. 2023-cü ildə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyi təmin olundu. Azərbaycan beynəlxalq arenada qüdrətli, nüfuzlu bir dövlət kimi tanınır. Ulu Öndərin müəyyən etdiyi siyasət bu gün də ölkəmizin inkişafının, sabitliyinin və etibarlı mövqeyinin əsasını təşkil edir". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see266

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see227

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see201

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see197

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see179

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see168

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see166

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see145

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri