Icma.az
close
up
RU
Heydər Əliyevin 30 il əvvəlki arzusu gerçəkləşir Amerikalı politoloq detalları açdı

Heydər Əliyevin 30 il əvvəlki arzusu gerçəkləşir Amerikalı politoloq detalları açdı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı politoloq Piter Teys Globalinfo.az-a müsahibəsində siyasi gündəmin ən maraqlı məsələlərindən danışıb.

Həmin müsahibəni təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyev Çinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə razılıq əldə edilən məsələlərdən biri də Çinin “Bir kəmər, bir yol” nəqliyyat layihəsində mühüm həlqə olan “Zəngəzur dəhlizi” olub. Bu proseslər dünya iqtisadiyyatında ABŞ-Çin rəqabəti və Cənubi Qafqazda Rusiyanın siyasi təsirinin azalması fonunda baş verir. Bundan əlavə, ekspertlərin fikrincə, Alyaskada Donald Tramp və Vladimir Putinin görüşündən sonra Rusiya-Çin münasibətlərində soyuqluq yaranıb. Bunu Putinin Çində məxsusi mərasim olmadan qarşılanmasından da görmək olur. Cənab Teys, Azərbaycanın dünyanın üç super dövləti – ABŞ, Çin və Rusiya ilə münasibətlərində manevrlər etməsini necə qiymətləndirirsiniz?

– 2021-ci ilin mart ayında Süveyş kanalı göyərtəsində təxminən 775 milyon ABŞ dolları dəyərində mal daşıyan “Ever Given” adlı konteyner gəmisi tərəfindən altı gün müddətinə bağlandı. Bu, qlobal təchizat zəncirlərində şok effekti yaratdı. Malların həcminə görə 85%-nin dəniz yolu ilə daşınması Avrasiya ölkələri iqtisadiyyatlarının dəniz nəqliyyatı və ticarət yollarından nə qədər asılı olduğunu göstərdi. Buna görə də Tramp-Vens administrasiyası Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətini yaxşı dərk edir.

Heyrətamiz addım

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Soyuq müharibədən sonra Avrasiyanın digər dövlət xadimlərindən fərqli olaraq, Azərbaycan Respublikasının xarici siyasətini heyrətamiz şəkildə formalaşdırıb. Bu, iqtisadiyyata söykənən diplomatiyanın inkişafını, faydalı qazıntılardan istifadəni təşviq edir və Azərbaycanı beynəlxalq ticarət və quru nəqliyyatı dəhlizlərində rəqabətə davamlılığını artıran biznes mühitinin yaradılmasını nəzərdə tutur. Prezident İlham Əliyev Azərbaycanın ümummilli lideri tərəfindən əsası qoyulmuş geosiyasi strategiyaya əsaslanır. Ticarət və iqtisadi məsələlərdə (o cümlədən, biznes əməliyyatları və Zəngəzur dəhlizinin idarə olunması) mövcud Bakı-Vaşinqton strateji tərəfdaşlığı Azərbaycanın Ümummilli lideri və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən möhtəşəm dövlət quruculuğunun bariz nəticəsidir.

Zəngəzur dəhlizinin əhəmiyyəti Avrasiya üçün Panama kanalının Amerika qitəsindəki geostrateji əhəmiyyətinə bərabərdir. Rusiya Ukraynada hərbi fəaliyyətini davam etdirəcəyi zaman Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə informasiya müharibəsində mühüm ərazilər itirəcək.  Çin Xalq Respublikası Mərkəzi Asiya dövlətləri daxilində Rusiya Federasiyasından daha çox geosiyasi təsirə malikdir. Bu kontekstdə Azərbaycan Çinlə iqtisadi əlaqələri davam etdirəcək və Birləşmiş Ştatlar ilə birgə tərəfdaşlıqda müsbət nəticələr əldə edəcək. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxvektorlu diplomatik strategiyanı mənimsəyib və bu siyasi kurs regional iqtisadi əməkdaşlığı və təhlükəsizliyi daha çox təmin edəcək.

30 illik arzu həyata keçir

Həmçinin oxuyun:

Dünyanın tutmaq istədiyi Zirvə: Bakı tezliklə fəth edəcək – 4 detal

– ABŞ-Çin rəqabəti çərçivəsində Zəngəzur dəhlizi və ya “Tramp marşrutu” ilə bağlı layihənin reallaşmasını necə görürsünüz və dəhlizdən istifadə hansı formada olacaq?

– Zəngəzur dəhlizinin əsas prinsipi Şərqi Asiyadan Avropaya və əksinə malların və sənaye məhsullarının çatdırılmasını təmin etməkdir. ABŞ şirkətlərinin rəhbərliyi altında həyata keçirilən bu quru dəhlizi və regional logistika layihəsi Azərbaycan iqtisadiyyatı üçün əlavə imkanlar yaradacaq və o, eyni zamanda Çin və ya digər dövlətlərin şirkətləri tərəfindən istifadə ediləcək, həmçinin, Zəngəzur dəhlizindən keçən hər bir konteyner üçün ödənilməli olan tarif müəyyən ediləcək. Belə bir praqmatik tədbir Azərbaycan xalqı üçün məşğulluq imkanları yaradacaq və Azərbaycan iqtisadiyyatını irəli aparacaq – Heydər Əliyevin 30 il əvvəl nəzərdə tutduğu milli maraq amilini həyata keçirəcək.

– Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin görüşü baş tuta bilər. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiya ilə gərgin münasibətlərə toxunub. İlham Əliyev diplomatik dillə bildirdi ki, Azərbaycana və azərbaycanlılara qarşı hörmətsizlik bağışlanmayacaq, üzərindən sakitcə keçilməyəcək. Üzr və kompensasiya tələbinin qüvvədə qaldığı bir daha aydın oldu. Azərbaycan hökuməti uzun illərdir balanslaşdırılmış xarici siyasət yeridir, qonşu dövlətlərlə münasibətlərin dayanıqlılığına xüsusi önəm verir. Rusiya ilə münasibətlərin normallaşması üçün rəsmi Bakı hansı mövcud siyasi və iqtisadi rıçaqlara malikdir?

Piter Teys

Azərbaycan hərbi sənayeni inkişaf etdirib və rəsmi Bakının kəşfiyyat xidmətinin Prezident İlham Əliyevin rəhbərliyi altında son bir neçə ildə əldə etdiyi nailiyyətlər pik həddinə çatıb. Rusiya Milad bayramı günündə “Azərbaycan Hava Yolları” QSC-nin J2-8243 nömrəli təyyarəsinin vurulmasına görə Azərbaycan xalqından üzr istəməlidir. Həmin reys Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın Qroznı yaxınlığındakı Kadırov Qroznı Beynəlxalq Hava Limanına uçmalı idi. 25 dekabr 2024-cü ildə “Embraer 190” təyyarəsi konstruksiyaya nüfuz edən “yad metal cisimlər” tərəfindən ciddi zədələnib, həmin metal cisimlər Rusiyanın “yer-hava” tipli raketindən buraxılaraq Qroznıya yaxınlaşan sərnişin təyyarəsini vurub. Rusiya bu təyyarənin sərnişinlərinə qarşı törətdiyi vəhşi əməllərə və humanitar hüququ kobud şəkildə pozduğuna görə cavab verməlidir, çünki Moskva Rusiyada yaşayan Azərbaycan vətəndaşlarını kütləvi şəkildə həbs edir, onları yalnız Azərbaycan vətəndaşı olduqları üçün həbsdə saxlayır.

– İlham Əliyev sözügedən müsahibədə Bayden və Tramp administrasiyasının yürütdüyü siyasəti, həmçinin Azərbaycana münasibətdə tutduqları mövqeyi müqayisəli təhlil edib. Qeyd edib ki, Tramp altı ay ərzində bir neçə regiona sülh gətirməyi bacarıb. O, Trampın öz ölkəsini yenidən insanların heyran olduğu yerə çevirəcəyinə əminliyini ifadə edib. Amma eyni zamanda Amerika sistemində ona qarşı güclü müqavimətin olduğunu vurğulayıb. Sualım isə Amerikanın daxili siyasəti ilə də bağlıdır. Donald Trampın ABŞ siyasətində mühüm rol oynayan və ədavəti olan Corc Soros və onun oğlu ilə bağlı bəyanatı dünya siyasətinin gedişatına necə təsir edəcək? Daha əvvəl ABŞ hökuməti USAİD-in fəaliyyətini ləğv etmişdi. Soros Fondu  da ləğv oluna, qanundankənar elan edilə bilərmi? Fond Demokratlarla işləyir və ABŞ-da Demokratlar hakimiyyətə gəldikdə deyilir ki, rəngli inqilablar seriyası başlayacaq. Sorosa hücum həm də Demokratları ən təsirli silahdan məhrum etməyə yönəlib?

– Corc Soros Fondu və onun bütün filialları ABŞ-ın sosial strukturunu və beynəlxalq maliyyə bazarlarını məhv edən əsas qüvvədir. Corc Sorosun mənfur ideologiyası Avropada, Asiyada və onun fəaliyyət göstərdiyi hər bir ölkədə ənənəvi ailə dəyərlərinə zərbə vurub. Soros tanınmış fırıldaqçıdır və zəifləməkdə olan ABŞ məhkəmə sisteminin və ştatlar səviyyəsində məhkəmə sisteminin arxasında duran əsas dağıdıcı qüvvədir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri