Icma.az
close
up
RU
Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycanın milli kimliyini və strateji inkişaf modelini formalaşdırıb ŞƏRH

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycanın milli kimliyini və strateji inkişaf modelini formalaşdırıb ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət quruculuğu siyasəti müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji əsaslarının formalaşmasında mühüm rol oynayıb. Bu siyasət yalnız idarəetmə mexanizmlərinin qurulması ilə məhdudlaşmayaraq, milli kimliyin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi baxımından da strateji əhəmiyyət daşıyıb.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.

B.Dündarın sözlərinə görə, Heydər Əliyevin dövlətçilik konsepsiyası milli-mənəvi dəyərlərlə müasir idarəetmə prinsiplərinin vəhdəti üzərində qurulub. O qeyd edib ki, Ulu Öndər Azərbaycanın müstəqilliyini yalnız siyasi hadisə kimi deyil, xalqın tarixi yaddaşının, milli iradəsinin və gələcək inkişaf strategiyasının əsas dayağı kimi qiymətləndirirdi.

“Heydər Əliyev daim vurğulayırdı ki, milli kimliyini və tarixi köklərini qoruyan xalq daha güclü dövlət qura bilər. Bu baxımdan Azərbaycançılıq ideologiyası yalnız milli ideya deyil, eyni zamanda dövlət idarəçiliyinin mühüm istiqamətlərindən biri idi. Ulu Öndər milli maraqların qorunmasını müasir inkişaf strategiyası ilə paralel şəkildə həyata keçirərək güclü dövlət modelinin əsasını yaratdı. Xüsusilə müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi və iqtisadi böhran şəraitində Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət institutları gücləndirildi və milli birlik mühiti formalaşdırıldı. Heydər Əliyevin rəhbərliyi dövründə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, Konstitusiya qəbul olundu, demokratik institutların formalaşması prosesi sürətləndirildi və iqtisadi islahatlara start verildi. Bununla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyi də möhkəmləndirildi. Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan qısa müddətdə regionun əsas geosiyasi aktorlarından birinə çevrildi. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar ölkənin strateji əhəmiyyətini daha da artırdı. Bu gün Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır”, – deyə Bilal Dündar bildirib.

Mərkəz sədrinin fikrincə, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri də milli-mədəni dəyərlərin qorunması idi. O bildirib ki, Ulu Öndər ana dilinin inkişafına, Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirirdi. Milli irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdi. Bilal Dündar vurğulayıb ki, bu siyasət nəticəsində Azərbaycan gəncliyində vətənpərvərlik ruhu gücləndi, milli birlik anlayışı daha da möhkəmləndi və dövlətçilik ənənələrinə bağlılıq artdı. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, müasir təhsil və idarəetmə modellərinin tətbiqi Azərbaycanın inkişafında mühüm rol oynadı: “Heydər Əliyev müasirliyi milli dəyərlərə alternativ kimi deyil, onları tamamlayan amil kimi qiymətləndirirdi. O hesab edirdi ki, qloballaşan dünyada milli kimliyini qoruyaraq inkişaf etmək mümkündür və Azərbaycan məhz bu modeli seçdi. Bu yanaşma bu gün də ölkənin inkişaf strategiyasında öz aktuallığını qoruyur. Türkiyədə də Heydər Əliyevin dövlətçilik irsinə böyük hörmətlə yanaşılır. Xüsusilə “Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ideoloji əsasını təşkil etməklə yanaşı, Türk dünyasının həmrəyliyinin gücləndirilməsi baxımından mühüm siyasi mesaj kimi qəbul edilir”.

Müxbir - Vüqar Qurbanoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri