Icma.az
close
up
RU
Heydər Əliyevin əqidə şəhidi adlandırdığı filosof O niyə intihar etmişdi?

Heydər Əliyevin əqidə şəhidi adlandırdığı filosof O niyə intihar etmişdi?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

15 avqust Azərbaycan filosofu və ictimai xadimi, fəlsəfə elmləri doktoru , professor Heydər Hüseynovun anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Heydər Nəcəf oğlu Hüseynov 3 aprel 1908-ci ildə İrəvanda anadan olub. Atası vəfat etdikdən sonra ailəsi Bakıya köçüb. Böyük qardaşı və anasının himayəsi altında böyüyüb.

1918-ci ilin mart-may aylarında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri soyqırımlar zamanı Heydər Hüseynovun böyük qardaşı Yusif daşnaklar tərəfindən vəhşicəsinə öldürülür.

Bu hadisədən sonra anası Gülsüm xanım övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Onlar 1920-ci ildə Bakıya köçürlər və İçəri şəhərdə kirayədə qalırlar. Bu vaxt Heydərin artıq 12 yaşı var idi.

1927–1931-ci illərdə Lenin adına Pedaqoji Universitetin şərqşünaslıq və pedaqoji fakültələrini bitirib. Ərəb və fars dillərinə mükəmməl yiyələnib.

1936–1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru olub. 1944-cü ildə fəlsəfə elmləri doktoru, professor adını alıb.

1945–1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda ictimai elmlər bölməsinin sədri olub. İki dəfə “Stalin” mükafatına layiq görülüb.

100-dən çox elmi məqalə yazıb. Azərbaycan tərcümə məktəbinin əsasını qoyub, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətlərin redaktorlarından olub.

XIX əsr Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrinin tarixi barədə 733 səhifəlik fundamental əsər hazırlayıb.

“XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” əsəri 1949-cu ildə rus dilində çap olunub; Azərbaycan dilində isə ilk dəfə 2006-cı ildə nəşr edilib.

Stalin mükafatları almasına baxmayaraq, Mircəfər Bağırovun sərt tənqidinə məruz qalıb, Kommunist Partiyasından çıxarılıb və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilib.

Təzyiqlərə dözməyən filosof 15 avqust 1950-ci ildə intihar edib.

Görkəmli alimin qızı Sara xanım o günləri belə xatırlayır: “Atam tamam qocalmışdı. Ancaq gözləri gözəlliyini saxlamışdı. Yeddi ay öz evindən çölə çıxmadı ki, həbs edəsi olsalar, küçədə, camaatın gözü qarşısında olmasın. Bir kimsəni güdaza verməmək üçün dostlarının heç biri ilə əlaqə saxlamırdı. Yalnız ən yaxın dostu Məmməd Arifə zəng edirdi. Səsini eşidincə dəstəyi asırdı. Çünki onun telefonuna qulaq asırdılar. Bu cür gərginlik içində yaşaması, nəhayət, onu son addımı atmasına səbəb oldu”.

Heydər Əliyev onu “əqidə şəhidi” adlandırmışdı.

Bakı Dövlət Universitetində fəlsəfə auditoriyalarından biri onun adını daşıyır, əsərləri və tədqiqatları Azərbaycan fəlsəfə və tarix elminin inkişafında hələ də dəyərli mənbə kimi qiymətləndirilir.

Ayrılıqların şahı - həyata "əlvida"... - Kəramət Kəramətin şeirləri "İmam Gazali"nin baş rolu bəlli oldu "Özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdur..."- Çexov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see364

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri