Icma.az
close
up
RU
Heydər Əliyevin sovet dövründə dilimiz uğrunda apardığı mübarizə qəhrəmanlıq nümunəsidir

Heydər Əliyevin sovet dövründə dilimiz uğrunda apardığı mübarizə qəhrəmanlıq nümunəsidir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ulu Öndərin Cəsarətli Addımı – Ana Dilimizin Qürur Tarixi Hər bir xalqın milli kimliyinin təməl daşı onun ana dilidir. Dil bir millətin yaddaşı, düşüncə tərzi, mənəviyyat dünyasıdır. Bu mənəvi sərvətin qorunması və inkişafı isə tarixin ağır sınaqlarından yalnız böyük liderlərin cəsarəti və uzaqgörən siyasəti ilə keçə bilir. Azərbaycan xalqının mərd oğulları zaman-zaman dilimizin keşiyində durublar. Azərbaycan dilinin dövlət dili kimi işləndiyi XVI əsrdən sonrakı tarixi dövrdə dilimizə dövlət dili kimi status gətirən lider Ulu Öndər Heydər Əliyev öz siyasi mövqeyi ilə seçildi.

Azərbaycan dili  kökləri ilə minilliklərin dərinliklərinə gedib çıxan, ədəbi ənənələri ilə zəngin, Dədə Qorqud irsindən süzülərək bu günə qədər gələn qədim bir dildir. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın varlıq nişanəsi, milli dövlətçiliyimizin simvoludur. Məhz bu baxımdan Heydər Əliyevin sovet dövründə Azərbaycan dilinin hüquqlarını qorumaq uğrunda apardığı mübarizəsi əsl qəhrəmanlıq nümunəsidir.

1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, o dövrün siyasi reallıqları fonunda tarixi və cəsarətli bir addım idi. Sovet imperiyasında milli dillərin sıxışdırıldığı, rus dilinin hegemon olduğu bir zamanda bu təşəbbüs milli iradənin ifadəsi, xalqın ruhunun təntənəsi idi. Bu, Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi.

Ulu Öndər yalnız qanunlarla deyil, həm də şəxsi nümunəsi ilə dilə sahib çıxdı. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməsi, ziyalılara dəstək verməsi, ana dilində yazıb-yaradan yazıçı və şairlərin təşviqi onun dilə olan sevgisinin sübutudur. Azərbaycan məktəblərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mətbuat orqanlarının inkişafına göstərilən diqqət dil siyasətinin sistemli və ardıcıl aparıldığının göstəricisidir.  Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazır, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilirdi.

Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb. Çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yazılıb. Həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb. Ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində ana dilinin nüfuzu bir daha təsdiq edilib.

Müstəqillik dövründə isə bu siyasət daha yüksək mərhələyə yüksəldi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi. Bu, xalqın əzmi ilə təsdiqlənmiş milli iradənin təzahürü idi. 2001-ci ildə latın qrafikalı əlifbaya keçid və 1 avqust tarixinin Ana dili və Əlifba Günü kimi qeyd olunması isə dil siyasətinin ideoloji və praktik davamıdır. 2002-ci il 30 sentyabr tarixində  “Azərbaycan Respublikasında  dövlət dili haqqında ” Qanun qəbul edildi. Bu isə dilimizin hüquqi statusunu nizamlayırdı.

Ulu Öndərin bir fikri bu mövzunu ən dəqiq ifadə edir:

“Dil, dil, bir də dil... Bizim gənclərə deyirəm ki, rus dilini də, ingilis, fransız dilini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”

Bu sözlər təkcə çağırış deyil, milli kimliyimizin formuludur. Dil yalnız danışmaq üçün deyil, vətənpərvərliyin mayası, əxlaqın aynası, ədəbiyyatın nəfəsidir. Etiraf edək ki, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi olmasaydı, Ana dilimiz müxtəlif təsirlərə məruz qalardı və yaradılmış süni maneələr onu sıradan çıxara bilərdi. Sövet İmperiyasına daxil olan türk dilli ölkələr içərisində ən az təsirə məruz qalan, dəyişilən  məhz Azərbaycan türkcəsidir.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Bunun nəticəsidir ki, 2018-ci il “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı dilin inkişafı və qorunması istiqamətində yeni bir addım oldu.

“Dünyada 5 minə yaxın dil var, amma onların 200-ə yaxını rəsmi dövlət dilidir. Azərbaycan xalqı xöşbəxt xalqlardandır ki, dilini qoruyub yaşadan dövləti var. Bu gün dünyada 50 milyondan çox insan  Azərbaycan dilində danışır. Çindən Avropaya qədər böyük bir ərazidə kök salmış ana dilimiz türk dili ailəsinə məxsusdur. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalsa da, dilimiz bu gün yaşayır və inkişaf edir. Məmləkətimiz kimi müstəqildir.

Biz vətəndaşlar olaraq bu böyük yolun yolçusu olmalıyıq. Ana dilimizi qorumalı, yaşatmalı və zənginləşdirməliyik. Çünki dilimizi qorumaq — Vətəni qorumaqdır.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see165

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see138

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see126

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see125

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see124

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see124

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see122

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see121

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see121

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see120

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see120

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see118

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see117

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see116

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see116

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see116

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see114

DİQQƏT: Telegram da yeni dələduzluq üsulu peyda olub

22 İyul 2025 03:18see114

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see111

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri