Icma.az
close
up
RU
Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq...

Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq...

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər bir xalqın tarixində taleyüklü şəxsiyyətlər var ki, onların xidmətləri köklü dəyişikliklərə, dövlətçiliyin inkişafında güclü təkana gətirib çıxarmışdır. Türkiyə üçün bu, Mustafa Kamal Atatürk, Azərbaycan üçün isə Heydər Əliyev olmuşdur.

SİA xəbər verir ki, bu fikri müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.

"Liderlər zaman keçdikcə dünyadan köçür, amma onların işləri və vəsiyyətləri yaşayır, xatirələri isə ölmür. Azərbaycanın müasir dövlətçiliyinin əsasında, şübhəsiz ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilməkdə və təkmilləşdirməkdə davam edən Heydər Əliyev fəlsəfəsi və kursu durur", - deyə H.Kılıç vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın dahi oğlu sovet dövründə də dialoq körpüləri qurmağa, ortaq dəyərləri möhkəmləndirməyə, türk xalqları arasında sıx əlaqələr yaratmağa çalışıb.

"Heydər Əliyevin SSRİ dövründə nail olduğu zirvələr, şübhəsiz ki, bütün Türk dünyasının qürur mənbəyi idi", - deyə "İMZA" İctimai Birliyinin nümayəndəsi vurğulayıb.

H.Kılıçın fikrincə, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə Azərbaycan üçün deyil, digər müstəqil türk dövlətləri üçün də ümid mənbəyi oldu.

"Dövlət quruculuğu və idarəçiliyində zəngin təcrübəyə malik Heydər Əliyev Türk dünyasında inteqrasiya və birliyə mühüm töhfələr verib", - deyə o davam edib.

H.Kılıç xatırladıb ki, 1994-2001-ci illərdə Heydər Əliyev türk dövlətləri liderlərinin 6-cı zirvə toplantısında iştirak edib, bu görüşlərdə qardaş xalqların bir-birinə daha da yaxınlaşması üçün mühüm bəyanatlar və təkliflər verib. Azərbaycan xalqının Ümummilli Lideri əmin idi ki, qarşıdan gələn dövr türk dövlətlərinin dinamik inkişafı, konstruktiv dialoqu və qarşılıqlı faydalı səyləri əsrinə çevriləcək.

H.Kılıç Ümummilli Liderin Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi töhfələrə də diqqət çəkib.

"Dahi dövlət xadimi Moskvadan Naxçıvana qayıtdıqdan sonra Türkiyə ilə əlaqələrə xüsusi önəm verdi. Məhz Heydər Əliyevin sayəsində 1992-ci ildə "Ümid körpüsü" açıldı", - deyən Türkiyənin keçmiş səfiri Ümummilli Lider Heydər Əliyev ilə Türkiyənin o dövrün Baş naziri Süleyman Dəmirəl arasında çox gözəl şəxsi münasibətlərin olduğunu xatırladıb.

H.Kılıç daha sonra Heydər Əliyevin 1994-cü ildə Ankaraya ilk səfərini və bu səfər zamanı dahi siyasətçinin ölkə parlamentində çıxış etdiyini xatırladıb: "Heydər Əliyevin Böyük Millət Məclisindəki çıxışı Türkiyənin milyonlarla sakininin sevgi və hörmətini qazandı. Onun adı siyasətçinin "Bir millət, iki dövlət" kəlamında vurğuladığı Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın tarixi ifadəsi ilə ayrılmaz şəkildə bağlıdır.

"İMZA" İctimai Birliyinin nümayəndəsi vurğulayıb ki, Heydər Əliyevin vəsiyyətləri Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində addım-addım həyata keçirilir - Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilib, türk dövlətlərinin inteqrasiyası möhkəmlənir.

O, 2004-cü ildə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətini də yüksək qiymətləndirib.

"Heydər Əliyev Fondunun istər Azərbaycanın daxilində, istərsə də xaricdə həyata keçirdiyi yüzlərlə proqram və layihələr Ümummilli Liderin dünyagörüşü və ideallarına əsaslanır və respublikanın beynəlxalq nüfuzunu hər yerdə artırır", - deyə Türkiyənin keçmiş səfiri vurğulayıb.

H.Kılıç Heydər Əliyevin xatirəsinin əbədi yaşayacağına əminliyini ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri