Icma.az
close
up
RU
“Heydər Hüseynovdan daha betər türk casusu” kim idi?

“Heydər Hüseynovdan daha betər türk casusu” kim idi?

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

* ... Azərbaycanda ilk qadın bəstəkarlarından biri olan Şəfiqə Axundova nənəmin bacısı idi və onun Üzeyir bəylə görüşməsi Məmməd Arif və Zümrüd Axundovanın təşəbbüsü ilə baş tutub. Babam və nənəm gənc Şəfiqədə istedadı görəndən sonra belə qərara gəliblər ki, mütləq Üzeyir bəy Hacıbəyliyə müraciət etmək lazımdır, çünki onun qərarından çox şey asılı idi. Bu işdə Mirzə İbrahimovun da rolu olub. Nəhayət dahi bəstəkar gənc qızı qəbul edib və beləliklə də, onun taleyi həll olunub.

* ... Babam Məmməd Arif Dadaşzadə çox təmkinli, ciddi, siması nur saçan insan idi. 1950-ci ildə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru olan Məmməd Arif Dadaşzadə Azərbaycan ziyalılarının yığıncağındakı çıxışında filosof Heydər Hüseynova qarşı başlayan qarayaxma kampaniyasında əsas ittihamları irəli sürmək əvəzinə, o, institutun tarixi, gördüyü işlər haqqında danışmaqla, Mir Cəfər Bağırovun qəzəbinə tuş gələrək özünə qarşı böyük təhlükə yaratmışdı. Qətiyyətlə Heydər Hüseynovun adınə çəkməyən babamı “Heydər Hüseynovdan daha betər türk casusu” adlandırsalar da,  Məmməd Arif həmin çıxışında özünün əsl şəxsiyyət olduğunu göstərə bilmişdi. Həmin hadisədən sonra babam özünə qapanan birinə çevrilmişdi. Millət sevgisi böyük olan azərbaycançı idi babam.

* ...1974-cü ildə Məmməd Arifin 70 illik yubileyi keçirildi. O zaman on iki yaşım vardı və Akademiyanın Rəyasət Heyətinin konfrans zalında keçirilən gecədə kiçik olduğumdan sıxılırdım, çıxışları anlamırdım deyə, darıxırdım. Sonda babama söz verdilər. O tədbirdə olanlar həmin çıxışı xatırlayarlar. Məmməd Arif dedi: “Keçdiyim yola nəzər salanda görürəm ki, ağır sınaqlarla dolu keşməkeşli bir yol gəlmişəm. Lakin bu yolda vicdanımın əyildiyi anı xatırlamıram və bununla fəxr edirəm”. Bu sözlərdən sonra bütün zal ayağa qalxıb onu alqışlamağa başladı. Uşaq yaddaşıma həkk olan həmin mənzərəni indi də xatırlayıram. 

* ... Nənəm Zümrüd Axundova cəmi 49 il ömür yaşayıb... Həm indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini, həm də Moskva Dövlət Pedaqoji Universitetində təhsil alan Zümrüd Axundova sonralar ali məktəblərdə dərs deyib. Onun dissertasiya işi “Azərbaycanda qadın təhsili tarixindən. 1900-1914-cü illər“ mövzusunda olub. Nənəm pedaqoji elmlər namizədi adını alan ilk azərbaycanlı qadın alimdir...

* ... Məmməd Arifin bioqrafiyasında Zümrüd xanımın böyük rolu var. 50-ci ildə babama qarşı təqib kampaniyasında Zümrüd xanım Məmməd Arifi qoruya bildi. Yəni nənəm olmasaydı, babamın həyatı təhlükə altında olardı. Müharibə illərində babamın bütün sənədləri oğurlanır, partiya bileti də onların içində. O dövrdə partiya biletini itirməyin böyük fəsadları ola bilərdi. Nənəm bir an özünü itirmədən bazarda möhtəkirlik edən adamları taparaq pul müqabilində babamın sənədlərini tapdıra bilmişdi. Zümrüd xanım cəsarəti, qətiyyəti, dürüstlüyü, mərdliyi ilə fərqlənirdi. O, körpə vaxtında anasını itirmişdi deyə, görünür, çox erkən yaşından müstəqil qərar qəbul etmək məcburiyyəti, çiyinlərinə düşən vaxtsız məsuliyyət onun xasiyyətinə təsir etmişdi.

Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin banilərindən biri, akademik Məmməd Arif Dadaşzadənin nəvəsi, Əməkdar elm xadimi, alim, tənqidçi, tərcüməçi Araz Dadaşzadənin qızı, musiqişünas, musiqi tənqidçisi, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ilə geniş söhbəti “525-ci qəzet”in sabahkı şənbə sayında oxuya bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri