Icma.az
close
up
RU
Heyət Təhrir ƏlŞamın lideri Culani ilk dəfə danışdı Əsəd devriləndən sənra Xalq Şurası yaradılacaq

Heyət Təhrir ƏlŞamın lideri Culani ilk dəfə danışdı Əsəd devriləndən sənra Xalq Şurası yaradılacaq

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyada Əsədə qarşı silahlı hucuma rəhbərlik edən “Heyət Təhrir Əl-Şam” (HTS) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani ilk dəfə CNN-ə müsahibə verib. 

Azpost.info bildirir ki, CNN-ə eksklüziv müsahibəsində Culani bildirib ki, əsas hədəfləri Bəşər Əsəd rejimini devirməkdir.

o, Suriyada institutlara əsaslanan hökumət və “xalq tərəfindən seçilən şura” yaratmaq planlarını açıqlayıb.

“İnqilabın məqsədi bu rejimin devrilməsi olaraq qalır. Bu məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququmuz var”, – deyə Culani bildirib.

“Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub… İranlılar vaxt udaraq rejimi dirçəltməyə çalışdılar, sonra ruslar da ona dəstək verməyə çalışdılar. Amma həqiqət qalır: bu rejim ölüb”-deyə Culani vurğulayıb..

Onun sözlərinə görə, yaraqlıların məqsədi Bəşər Əsədi devirmək və “institut əsaslı hökumət və xalq şurası” ilə “yeni Suriya qurmaq”dır.

Culani “Əl-Qaidə” ilə əlaqələrini inkar etməyə çalışıb. O, həmçinin əlavə edib ki, Dəməşq hökuməti yıxılarsa, bütün əcnəbi qoşunlar Suriya ərazisini tərk etməlidir, çünki  buna artıq ehtiyac qalmayacaq.

Müsahibədə o, özünü əsl adı ilə – Əhməd əl-Şaraa təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Dekabr 2024 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri