Həyətində saxladığı sovet qırıcısını avtomobil qiymətinə satdı
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Belçikada maraqlı bir hərrac baş tutub.
Avtosfer.az xəbər verir ki, Flandriya əyalətinin sakini uzun illərdir həyətində saxladığı MİQ-21 qırıcısını satıb. Start qiyməti 5000 avro olan texnika 17 000 avroya (34 000 AZN) satılıb.
Təyyarəni “həyat yolu” da maraqlıdır. 60-cı illərdə SSRİ-də istehsal edilmiş qırıcı sosialist Almaniyanın (ADR) hərbi hava qüvvələrində xidmətə başlayıb. Almaniya birləşdikdə isə 1990-cı ildə Lüftvaffenin (müasir Almaniyanın HHQ) sərəncamına keçib. İstismar resursu bitdikdən sonra təyyarə Niderlandda bir muzeyə satılıb.
Muzey 2006-cı ildə kolleksiyasını konsolidasiya etmək qərarına gəlib və İkinci dünya müharibəsinə aid olmayan eksponatlar satışa çıxarılıb. Belçika vətəndaşı isə bu təyyarəni alaraq bağında saxlayıb.
Təyyarə uçuşa yararlı olmasa da, yerüstü təlim və təcrübə üçün yararlıdır. Kabinə və digər hissələr orijinaldır.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Oktyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















