Icma.az
close
up
RU
Heyətlə bağlı ciddi təhlükə yoxdu Rəşad Sadıqov

Heyətlə bağlı ciddi təhlükə yoxdu Rəşad Sadıqov

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

"Zirə" Misli premyer-liqasının evdə keçirilən 33-cü tueər matçında "Turan Tovuz"u məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox stresli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, gərgin mübarizə göründü. İkinci hissəyə daha fəal başladıq, rəqibi əks-hücumda yaxalayıb gözəl və baxımlı qol vurduq. Azlıqda qaldıqdan sonra meydanda tam başqa futbol izlədik. Bizə hesabı qorumaq qalırdı. Vacib qələbə qazanaraq ikinci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm. İkincilik olduqca önəmli idi. Bu mövsüm bizim üçün daha çətin keçdi,rəqiblər bizə qarşı daha fərqli oynadı. Şükürlər olsun ki, bu yükün öhdəsindən gəldik. Bu bizi çox sevindirir. Mövsüm ərzində göstərdikləri əzmkarlıq və peşəkarlığa görə, futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkdik. Elə oyun oldu ki, futbolçumuzun burnu, almacıq sümüyü qırılırdı, çoxsaylı zədələr oldu. Çətinliklərə baxmayaraq, daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Allaha şükürlər olsun ki, istəyimizə nail olduq. "Qarabağ" kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il ikinci yeri tutmaq vacibdi. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra sabit oynayan, nəticə qazanan komanda idik.
- Növbəti oyunlarda rotasiyalar görəcəyik?
- Mütləq. Avrokuboklara hazırlaşacağıq. Az oynayanlara şans verəcəyik, çox yorulanları dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Ya biz, ya da "Sabah" Avropa Liqasına gedəcək. hər iki komandaya uğurlar arzulayıram.
- İndiki məqamda əsas məsələ güclənmək yox, hazırkı heyəti qoruyub-saxlamaqdı?
- Heyətlə bağlı ciddi təhlükə yoxdu. Çünki əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə 1-2 futbolçu daha ciddi təklif aldığı üçün ayrıla bilər. olar. Amma kollektivi qoruyub-saxlaya biləcəyik.
- "Qarabağ" ölkə kubokunun finalında "Sabah"ı məğlub etsə, "Zirə" Avropa Liqasına yollanacaq. Bunu istəyirsiz?
 - Hər zaman xeyirlisini istəmişəm. Hər klub Avropa Liqasında oynamaq istəyər. Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma hansı turnirdə hansı rəqiblə qarşılaşmağın daha uyğun olacağını bilmirik.
- Avrokuboklarda məqsədiniz bəllidi?
- Rəhbərliklə bu barədə söhbət olmayıb. Bütün fikrimiz çempionata yönəlmişdi. Bundan sonra danışacağıq. Hər klub kimi, biz də mümkün qədər çox mərhələ keçmək istəyirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 May 2025 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see399

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see373

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see357

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see310

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see302

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see271

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see249

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see185

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see178

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri