Heyətlə bağlı durum ürəkaçan deyil
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Səbail" Misli premyer-liqasının səfərdə baş tutan 15-ci tur matçında "Sabah"ın meydanından məğlub ayrıldı - 0:1.
"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Çətin olacağını bilirdik. Ona görə ki, heyətlə bağlı problemlər var. Hücumlar zamanı əziyyət çəkirik. Çox "dişsiz"ik. Qışa qədər səbirli olmalıyıq. Növbəti matçda xal və ya xallar qazanmağa çalışacağıq.
- Rəhbərlikdən transferlə bağlı söz verilibmi?
- Bizə hücumçu lazımdı. Bu yöndə iş gedir. Bəzi oyunçuları bəyənmişik. Amma dəqiq nəsə yoxdu deyə açıqlama verə bilmərəm. Danışıqlar davam edir.
- Bir-iki futbolçu transfer edəcəksiz, yoxsa daha çox?
- Düzü, planımız daha çoxunu etməkdi. Xeyli zədəlimiz var. Madi Queta və Gitay Sofir cəmi dörd gün komandayla birgə məşq edib. Mən gələndə yeddi futbolçu zədəli idi. Ayman Bouali bir həftəlik sıradan çıxıb. Ümumiyyətlə, heyətlə bağlı durum ürəkaçan deyil.
- Bu qədər zədəlinin olması nəylə bağlıdı?
- Məndən əvvəl yaranan problemlərdi. Məncə, bu haqda danışmaq doğru olmaz.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 29 Noyabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















