Icma.az
close
up
RU
Heyvanlar arasında yayılan dabaq infeksiyası ilə bağlı SON VƏZİYYƏT RƏSMİ

Heyvanlar arasında yayılan dabaq infeksiyası ilə bağlı SON VƏZİYYƏT RƏSMİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlumdur ki, ölkəmizdə bir neçə aydır xırda və iri buynuzlu heyvanlar arasında dabaq infeksiyası yayılıb. İnfeksiyanın dah böyük coğrafiyada yayılmaması üçün “heyvan bazarları”nın fəaliyyəti oktyabrın 25-dən etibarən məhdudlaşdırılıb, heyvanların daşınması qadağan olunub. Eyni zamanda ölkə üzrə təsərrüfatlara dabaq əleyhinə növbəti vaksinasiyaya başlanılıb.
Bəs ötən 1 ayda nə dəyişib?
Sualı Bizim.Media üçün cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyir ki, bölgələrdə apardığımız müşahidələr və təsərrüfatlardan alınan məlumatlara görə dabaq infeksiyası tamamilə səngiyib:
 

MÖVZU İLƏ BAĞLI:
Fermerlərin NƏZƏRİNƏ - Dabaq xəstəliyini sağaldan TƏBİİ VASİTƏLƏR


“Çox az təsərrüfatlarda xəstəlik qala bilər. Həmin təsərrüfatlarda da zəruri müalicə tədbirləri görülür. Bir sözlə, ölkə üzrə epizootik vəziyyət sabitdir və vaksinasiya tədbirləri davam etdirilir”.
Nazirliyin rəsmisi onu da qeyd edib ki, tədbirlər planına əsasən dabaq əleyhinə vaksinasiya il boyu dövlət hesabına aparılır:
“Artıq bu ənənə halını alıb. Çünki dabaq xəstəliyi heyvandarlıq təsərrüfatlarında zaman-zaman qeyd alınır. Ona görə də builki vaksinasiya da xəstəliyin artması ilə bağlı deyil. Sırf təsdiq olunmuş tədbirlər planına uyğun aparılır. 

Lakin bir məqamı qeyd edim ki, Cənubi Afrika üçün xarakterik olan SAT-1 serotipi son aylarda Yaxın Şərq və Qərbi Avrasiya regionlarında aşkar edilib. Türkiyə, Gürcüstan, İraq və Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzə ərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılması rəsmi təsdiqini tapıb.


Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma risklərini nəzərə alaraq  Nazirlik yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən builki peyvəndləmə planından kənar dabaq xəstəliyinin həmin serotipinə qarşı əlavə peyvənd alınıb və aidiyyəti qurumlar ilə razılaşdırılmaqla profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb. Peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri