Icma.az
close
up
RU
Heyvanlar da bu torpağın sakinləridir

Heyvanlar da bu torpağın sakinləridir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onların taleyi isə insanların əlindədir

Bakı şəhərində və ətraf rayonlarda sahibsiz heyvanlarla bağlı problemlər getdikcə daha qabarıq şəkildə özünü göstərir. Küçələrdə nəzarətsiz qalan it və pişiklərin sayının artması həm ictimai təhlükəsizlik, həm də sanitar-epidemioloji baxımdan narahatlıq doğurur. Dünya təcrübəsində ən təsirli üsullardan biri sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların və saxlama məntəqələrinin yaradılmasıdır. Bu cür mərkəzlərdə heyvanlar tibbi müayinədən keçirilir, peyvənd olunur, sterilizasiya edilir və mənəvi sahiblərini tapırlar.

Ölkəmizdə sahibsiz heyvanlarla bağlı problemin həlli istiqamətində vacib addımlar atılır. Qış aylarında heyvanların soyuqdan qorunması, yay mövsümündə qızmar günəş altında qalmasının qarşısının alınması üçün müxtəlif sosial və institusional tədbirlər həyata keçirilir. Bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri IDEA İctimai Birliyinin nəzdində fəaliyyət göstərən, təməli 2014-cü ildə qoyulan Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzidir. Burada əsas məqsəd Bakı şəhəri və paytaxta yaxın ərazilərdə yaşayan sahibsiz it və pişiklərin müayinə, müalicə və müvəqqəti sığınacaqla təmin edilməsidir.

Mərkəzdə toplanan heyvanlar ilkin tibbi baxışdan keçirilir, onların sağlamlıq vəziyyəti qiymətləndirilir və ehtiyac olduqda müalicəyə cəlb olunurlar. Sığınacaq kompleksi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə beynəlxalq təcrübəyə əsaslanaraq inşa edilib. Layihənin hazırlanması və tikinti mərhələsində Böyük Britaniyanın Heyvanlara qarşı Qəddarlığın Aradan Qaldırılması üzrə Kral Cəmiyyətinin mütəxəssislərinin iştirak ediblər.

Qayğı mərkəzində sahibsiz heyvanlar üçün peyvəndləmə, sterilizasiya və zəruri hallarda cərrahi əməliyyatların aparılması nəzərdə tutulur. Bu xidmətlər həm heyvanların sağlamlığının qorunmasına, həm də sayının nəzarətsiz şəkildə artmasının qarşısının alınmasına xidmət edir.

Mərkəzin ərazisində inşa edilmiş onlarla sığınacaq eyni anda mindən artıq heyvanın yerləşdirilməsinə imkan verir. Hər bir sığınacağın yanında xüsusi gəzinti sahələrinin ayrılması heyvanların fiziki aktivliyini və psixoloji rahatlığını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzi Azərbaycanda heyvanların qorunması sahəsində atılan mühüm addımlardan hesab olunur. Bu cür təşəbbüslər həm cəmiyyətin maarifləndirilməsinə, həm də sahibsiz heyvanlarla bağlı problemin uzunmüddətli və humanist şəkildə həllinə töhfə verir.

Bu istiqamətdə görülən işlər təkcə ixtisaslaşmış mərkəzlərlə məhdudlaşmır, eyni zamanda, paytaxtdakı orta məktəbləri də əhatə edir. Bir sıra məktəblərin həyətində və ətraf ərazilərində küçə heyvanlarının təhlükəsizliyi və rahatlığı üçün kiçik sığınacaq-evciklər qurulur. Bu evciklər xüsusilə qış aylarında heyvanları soyuqdan, yayda isə günəşin yandırıcı istisindən qoruyur.

Məktəblərdə şagird və müəllimlər küçə heyvanlarının qayğısına qalır, onlara yem və su verilir, sağlamlıq vəziyyətləri müşahidə olunur. Bu proses uşaqlarda mərhəmət, məsuliyyət və canlılara hörmət kimi dəyərlərin formalaşmasına mühüm töhfə verir.

Məktəblərdə həyata keçirilən bu cür təşəbbüslər cəmiyyətdə heyvanlara münasibətin dəyişməsinə, sahibsiz heyvanlarla bağlı problemin daha humanist yollarla həllinə dair ictimai düşüncənin formalaşmasına xidmət edir. Beləliklə, paytaxt məktəblərində yaradılan bu şərait həm küçə heyvanlarının təhlükəsizliyinə, həm də gələcək nəsillərin sosial və mənəvi inkişafına mühüm təsir göstərir.

Belə təhsil ocaqlarından biri də Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbidir. Məktəbin direktoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət bu barədə deyir:

– Bu yaxınlarda şəxsi təşəbbüsümlə bir arzumu həyata keçirdim. Sevimli şagirdlərimizə də bu layihəyə qoşulub reallaşdırmağı tövsiyə etdim. Duyarlılıq, mərhəmət və əsl insani davranışı sözlə deyil, əməlimizlə göstərməliyik. Bu ideya Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın rəhbərliyi ilə flora və fauna ilə bağlı həyata keçirilən böyük layihələrdən qaynaqlanır.

Məktəbimizin həyətində 3–4 pişik gəzirdi. Soyuq, yağışlı, qarlı, şaxtalı havalarda isti yer axtarırdılar. Bunu görüb məktəbin həyətində onlara sığınacaqlar düzəltdirmək qərarına gəldim və sosial mediadan tanıdığım usta Çingiz Hacıquliyevdən pişik və itlər üçün yuva düzəltməsini xahiş etdim. O, 10 ədəd pişik evi hazırladı, üstəlik, 2 evi də hədiyyə etdi. Məktəbimizin həyətində qoyduğumuz yeni evciklərin sakinlərinə hər gün yemək və su veririk. Düşünürəm ki, hər məktəbdə, yaşayış binalarının həyətində bu cür gözəl yuvaların qoyulması yaxşı olar.

Şagirdlərin heyvanlara qayğısı bu təşəbbüsdən sonra daha da artıb. Onlar nəinki məktəb həyətindəki pişiklərə yem və su verir, yaşadıqları evlərin həyətindəki heyvanlara da diqqət yetirir, təhlükəsiz mühitdə olmalarını nəzarətdə saxlayırlar.

Valideynlər də bu xeyirxah təşəbbüsümüzə qoşulublar. Onlar hər səhər övladlarını məktəbə gətirərkən pişiklərə yemək də gətirirlər. Bu davranışları ilə övladlarında heyvanlara qarşı mərhəmət hissi oyadırlar. Amma bu təşəbbüsü həyata keçirərkən, ilk növbədə, təhlükəsizlik məsələsi ön planda olmalıdır. Şagirdlərə heyvanlara düzgün yanaşma qaydaları izah edilməlidir. Gigiyena baxımından, şagirdlər heyvanlarla təmasdan sonra əllərini yumalı, dezinfeksiya vasitələrindən istifadə etməlidirlər.

Sahibsiz heyvanların qayğısına qalmaq cəmiyyətdə ortaq yanaşma tələb edir. Sığınacaqların yaradılması kimi humanist təşəbbüslər və fərdi nümunələr bir daha sübut edir ki, mərhəmət və məsuliyyət bir yerdə olduqda real nəticələr əldə etmək mümkündür.

Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri