Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir DEPUTAT
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Son günlər heyvanlara qarşı amansız rəftarla bağlı hadisələr yenidən gündəmə gəlib. Bir neçə gün əvvəl pəncərədən it atan şəxsə 25 sutka inzibati həbs və cərimə tətbiq edilməsi də bu məsələdə məsuliyyət tədbirlərinin yetərliliyi ilə bağlı müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda heyvanlara qarşı qəddar davranış hallarının qarşısının alınması məqsədilə mövcud cəzaların sərtləşdirilməsi məsələsi gündəmə gətirilə bilər. Bəs bu istiqamətdə qanunvericiliyə yeni dəyişikliklərin hazırlanması və məsuliyyətin artırılması ilə bağlı təşəbbüslər gözlənilirmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Erkin Qədirli Avtosfer.az-a açıqlamasında bildirib ki, heyvanlarla amansız rəftara görə cəzalar getdikcə sərtləşdirilir:

''Son dövrlərdə heyvanlarla amansız rəftar hallarının qarşısının alınması istiqamətində məsuliyyət tədbirləri də sərtləşdirilir. Heyvanlara işgəncə verilməsi, onların öldürülməsi və ya digər formada amansız rəftara məruz qoyulması ilə bağlı qanunvericilikdə müxtəlif məsuliyyət növləri nəzərdə tutulur. Məqsəd yalnız baş vermiş hadisəyə görə cəza tətbiq etmək deyil, eyni zamanda bu cür halların qarşısını almaq və heyvanlara qarşı zorakılığın yolverilməz olduğunu cəmiyyətə göstərməkdir''.
Fatimə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 Oktyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















