Icma.az
close
up
RU
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... ŞƏRH

Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanyönümlü problemlər kölgədə qalır

“İndilərdə itlər hürüşərək “podyez”ə girdilər. 9-cu mikrorayonda itlər coxalıb. Əlində iri torba görənlərə hücum edirlər. Düşünürlər ki, onları yemləyən sevdikləridir. İt həyət evində olar, xüsusi yerlərdə bəslənər. Onlar da canlıdir.Yemək istəyirlər. İtin də sahibi olmalıdır. Bildiyim qədəri ilə Avropa ölkələrində kücə itləri yoxdur. Bizdə və Türkiyədə it kücələrdə itə tökdür”. Bu sözlər yazıçı-publisist Almaz Ərgünəş Bəyazidə məxsusdur. Bir neçə gün əvvəl sosial şəbəkədə paylaşıb, ətrafda sahibsiz itlərin dolaşdığını əks etdirən görüntülərlə birlikdə. 

Rəylərə baxanda isə insanlarımızın sahibsiz itlər probleminə qorxa-qorxa, çəkinərək reaksiya verdikləri görünür. “Heyvansevərlər bu saat töküləşəcəklər üstümüzə ki onlar da canlıdır, insafınız yoxdur, onlar da yemək istəyir. Tox olsalar, kimsəyə hücum etməzlər” və sair... Bu cür iradlar çox səslənir. Kimsə “itləri öldürün, asın, kəsin...” demir. Amma hər şeydə bir norma, sədd, hüdud olmalıdır. Sahibsiz itlərlə bağlı icra ediləcək ən ümdə iş onların quduzluğa qarşı peyvənd olunması və kütləvi populyasiyanın qarşısının alınması məqsədilə sterilizasiya olunmalıdır. Bu işlər lazımi qaydada, zamanında görülsə itlərin yemlənməsi problem olmayacaq. Pişiklər də həmçinin. Digər məsələ, it və ya pişiklərin bir müddət bəsləndikdən sonra küçəyə - taleyin və ya insanların ümidinə buraxılmasıdır ki, bu da küçələrdə, zibilliklərdə sahibsiz heyvanların sayını artırır, sanitar vəziyyət də pisləşir, sahibsiz itlərin insanlara hücumu faktları da çoxalır. Kiməsə irad bildirəndə ki itləri sevirsən, apar evində saxla, vaveyla qopur.   

Sherg.az Gürcüstan hökumətinin sahibsiz heyvanlarla bağlı hansı qanunlar qəbul etdiyini bir neçə dəfə işıqlandırıb. Hökumətimiz örnək götürsə yaxşı olar. 

Bəs sosioloqlar bu barədə nə düşünr? Sahibsiz heyvanlara qarşı cəmiyyət necə davranamlıdır: aqressiv, yoxsa mərhəmətlə? 

Sosioloq Yusif Nəbiyev bununla bağlı mövqeyini Sherg.az-la bölüşdü: 

- Düşünürəm ki, müasir dövrümüzdəki bu heyvansevərlik fetişizmi böyük bir xeyirxahlıq kimi təqdim olunsa da, bu fenomenin sosioloji müstəvidə daha dərin və struktural tənqidinə ehtiyac var. Küçə heyvanlarının müalicəsi, qidalanması və sığınacaqlara yerləşdirilməsi üçün kütləvi vəsaitlər toplanır. Görünən budur ki, müasir insan kütləsinin empatiya hissi öz həqiqi ünvanına - insana yox, başqa yerə istiqamətləndirilir. Bu hal isə, əslində, başadüşüləndir; İndi insan insanla dərin münasibətlər qurmaqdan çəkinir. Çünki bu, öhdəlik götürməyi tələb edir. Məsuliyyət, səbir və emosional risk tələb edir. İnsanlara verdiyimiz əməklərin qarşılığını görməyə də bilərik axı. Heyvanlara yönəlmiş xeyirxahlıq isə "risksiz empatiya" imkanı yaradır. Al gülüm, ver gülüm. İnkubator empatiyası. Psevdo-mərhəmət. Ayrı bir məqam isə budur ki, insanlara real yardım etmək üçün daha mürəkkəb sosial-iqtisadi problemləri həll etmək lazımdır. Asan iş deyil möhtac insanlara real fayda vermək. Heyvanlara göstərilən yardım isə insana dərhal və qarşılıqsız bir dopamin təminatı verir. Xüsusilə orta və yuxarı-orta təbəqənin özünü sosial təsir gücü baxımından təsdiq edə bilməsi üçün yaxşı bir mexanizmdir heyvanpərəstlik. İnsan yönümlü problemlər (məsələn, yoxsulluq və ya işsizlik) sistem xarakteri daşıdığı üçün fərdi töhfələrlə nəzərəçarpan nəticə görmək olmur. Lakin küçə heyvanı üçün toplanan minlərlə manatlıq vəsaitlər fərdə vizual və tez nəticələnən bir "mənəvi ekstaz" bəxş edir. Hansısa pişik xilas oldu və missiya tamamlandı. Soruşa bilərsiniz, itə, pişiyə edilən yardım sizi niyə narahat edir ki? Bunu belə izah edim: məsələ budur ki, dövlətin və ya sosial institutların zəiflədiyi məqamlarda vətəndaş cəmiyyətinin resursları strateji sahələrə - təhsilə, sistemik yoxsulluqla mübarizəyə, işsizlik probleminin həllinə, xroniki xəstəliklərdən əziyyət çəkən insanlara, dul və tənha uşaq böyüdən işsiz qadınlara yönəlməlidir. Amma bir az da sosial medianın diqqət iqtisadiyyatı üzərində qurulmuş alqoritmləri sayəsində heyvanların ağır vəziyyətdə olduğu görüntülər daha sürətlə kütləvi emosional hiper-həssaslıq (daha açıq desək, maniya ya fetişizm) yaradır. Nəticədə, real sosial problemlərin həlli üçün lazım olan böyük maliyyə və insani kapitalı (zaman, diqqət, enerji) marginal bir sahəyə axıdılır. Heyvanlara və bütün canlılara qayğı, əlbəttə, insani bir keyfiyyətdir, amma bu qayğının kütləvi maniyaya çevrilərək cəmiyyətin məhdud resurslarını və emosional enerjisini insan yönümlü əsas problemlərdən yayındırması, məncə, sosial inkişaf baxımından ciddi disfunksiyadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri