Icma.az
close
up
RU
Heyvanların dili və tərcümə alqoritmaları YENİ BİR ƏLAQƏ ERASI

Heyvanların dili və tərcümə alqoritmaları YENİ BİR ƏLAQƏ ERASI

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heyvanların fikirlərini oxumaqda süni intellekt nə vəd edir?

“Zoosemiotics” (“Heyvan semantikası”) heyvanların ünsiyyətini öyrənən bir sahədir və tərcümə texnologiyalarının nəzəri əsaslarını təmin edir. Hazırda heyvanlarla insanlar arasında ünsiyyət qurmaq və onların davranışlarını daha yaxşı başa düşmək üçün müxtəlif texnologiyalar və tətbiqlər inkişaf etdirilir.

Bu sahədə bəzi diqqətəlayiq nümunələr barədə məlumat verək.

1. Mövcud tədqiqatlar və texnologiyalar

Bunlara nümunə kimi “Pet Translator” proqramlarını göstərmək olar. Belə ki, hazırda alimlər səs tanıma texnologiyalarını heyvan səslərini təhlil etmək üçün tətbiq edirlər. Məsələn, Norveçdəki tədqiqatlar bu sahədə böyük maraq doğurur. Ölkədə heyvanların davranışlarını və səsli ünsiyyətini araşdıran tədqiqatlar, əsasən Norveçin Aqrar və Ziraat Universiteti (Norwegian University of Life Sciences - NMBU) və Norveçin Elm və Texnologiya Universiteti (Norwegian University of Science and Technology - NTNU) kimi qabaqcıl universitetlərdə aparılır. Bu tədqiqatlar, heyvanların emosional vəziyyətlərini başa düşmək və onların müxtəlif səslərini təhlil etmək üçün müxtəlif alətlər və texnologiyalar istifadə edir. Ölkədə tədqiqat aparan bəzi alimlər  həmçinin itlər və pişiklər kimi ev heyvanlarının səslərini təhlil edirlər. Bu səsli ünsiyyətin təhlilində, heyvanların ehtiyaclarını, narahatlıqlarını və emosional vəziyyətlərini anlamağa çalışılır. Məsələn, itlərin müxtəlif havlama növləri və pişiklərin mırıldanma, miyavlama kimi səsləri, onların hər hansı bir sosial vəziyyətə və ya emosional halına işarə edir.

Yaponiya alimləri tərəfindən isə delfinlər və balinalar arasında kommunikasiya tədqiqatları aparılır. Delfinlər yüksək intellektə sahib heyvanlar olduqları üçün, onların səsli ünsiyyəti geniş şəkildə araşdırılır. 

Böyük Britaniyada Cambridge Universiteti və Oxford Universiteti delfinlər, balinalar, pişiklər və itlərin səsli və bədən dili ilə ünsiyyətini başa düşmək üçün geniş miqyaslı tədqiqatlar aparılır.

Finlandiyanın Aalto Universiteti və digər tədqiqat mərkəzləri, heyvanların səslərini analiz etmək üçün xüsusi alqoritmlər inkişaf etdiriblər. Belə ki, ölkədə aparılan araşdırmalarda pişiklərin və itlərin səsli ünsiyyətinin sosial kontekstdə necə dəyişdiyi təhlil edilir.

Kanadada Toronto Universiteti və Vancouver Universiteti kimi aparıcı tədqiqat mərkəzləri heyvanların şüurunu və ünsiyyətini təhlil etmək üçün geniş miqyaslı layihələr həyata keçirirlər.

ABŞ-a gəldikdə, bu ölkədə fəaliyyət göstərən Cornell Universiteti və Harvard Universiteti kimi prestijli universitetlər heyvanların səslərini təhlil etmək üçün müxtəlif alqoritmlər və texnologiyalardan istifadə edirlər.

ABŞ professoru Con Slobodchikoffun bu sahədə olan tədqiqatları da böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, Con Slobodchikoff heyvanların ünsiyyət bacarıqları və onların tərcüməsi sahəsində tanınmış tədqiqatçılardan biridir. O, xüsusilə itlərin və preri itlərinin (prairie dogs) səslərini və davranışlarını araşdırıb. Bu sahədə onun əsas diqqət mərkəzində heyvanların “dil” kimi istifadə edə biləcəkləri kompleks səs və jest sistemlərinin anlaşılması dayanır.

Con Slobodchikoff preri itlərinin (kiçik gəmiricilər) müxtəlif “xəbərdarlıq səsləri” istifadə edərək bir-birilərinə təhlükələr barədə məlumat verdiklərini sübut edib. O, göstərib ki, bu heyvanlar spesifik təhlükələri təsvir etmək üçün müxtəlif səslərdən istifadə edirlər.  Məsələn: yırtıcının növü (tülkü, insan və ya qartal), təhlükənin uzaqlığı və sürəti və s.
Professor onların səslərinin bir növ “qrammatika”ya malik olduğunu və hətta rəngləri, formaları, ölçüləri təsvir edə bildiyini müşahidə edib. Slobodchikoff preri itlərinin səslərini süni intellekt vasitəsilə təhlil edərək onların davranış və “danışıq” sistemlərini başa düşməyə çalışıb. O, həmçinin “Zoolingua” adlı bir startap qurub. Bu layihənin məqsədi heyvan səslərini təhlil edən bir proqram hazırlamaqdır ki, bu da insanların heyvanların duyğularını və ehtiyaclarını daha yaxşı anlamasına kömək edir.

Alimin “Chasing Doctor Dolittle: Learning the Language of Animals” (2012) adlı kitabında heyvanların ünsiyyət yollarını və insanların bu ünsiyyəti necə anlaya biləcəyini izah edir. Kitabda o, heyvanların dil sistemlərini insan dili ilə müqayisə edərək maraqlı nümunələr təqdim edir. Onun elmi məqalələri heyvanların səsli siqnallarının semantik və sintaktik xüsusiyyətlərini təhlil edir.

Maraqlıdır ki, Slobodchikoff'un işləri süni intellektə əsaslanan heyvan tərcümə texnologiyalarının inkişafına ilham verib.

2. Texnologiyanın işləmə prinsipi

Süni intellekt əsaslı texnologiyalar vasitəsilə heyvan səsləri analiz edilir və davranış nümunələri ilə müqayisə olunur. Götürək köpək hürmələrini. Süni intellekt vasitəsilə müxtəlif ton və ritmlərlə artıq hürmələrin spesifik mənaları təyin edilə bilər. Yaxud pişik miyavlamaları. Hazırda alimlər pişiklərin miyavlamalarını duyğu və ehtiyaclarına görə təsnif etməyə çalışır.

3. Şirkətlərin proyektləri

“Amazon” şirkəti heyvanlarla bağlı proqnozlarını süni intellekt və “IoT” texnologiyaları ilə əlaqələndirir. Şirkət həmçinin 2030-cu illərdə süni intellekt dəstəkli proqramlarla ev heyvanları ilə rahatlıqla əlaqə qurula biləcəyi proqnozunu verir. “Google AI” isə davranış təhlili üçün heyvanlarla bağlı səs məlumatlarını öyrənmək üzərində işləyir. Hətta bu sahədə tədqiqat aparan bəzi şirkətlər yaxın gələcəkdə mikrofon və sensor texnologiyaları vasitəsilə heyvanların duyğularının belə analiz oluna biləcəyini irəli sürürlər.

Oxucular üçün elmi əsası olmasa da “All Animal Language Translator” android tətbiqi barədə də məlumat vermək yerinə düşər. Belə ki, adı çəkilən android tətbiq istifadəçilərə müxtəlif heyvan səslərini dinləməyə və əyləncə məqsədilə heyvanların dillərini insan dilinə tərcümə etməyə imkan verir. Tətbiqdə ev heyvanları, vəhşi heyvanlar və digər kateqoriyalardan səslər mövcuddur. Bir daha qeyd etmək lazımdır ki, bu tətbiq elmi dəqiqliyi təmin etmir və əsasən əyləncə məqsədlidir.

Sonda deyə bilərik ki, bu sahədə olan araşdırmalar gələcəkdə insan-heyvan ünsiyyətinin təkmilləşdirilməsi nöqteyi-nəzərdən heyvan hüquqlarının qorunmasında mühüm rol oynaya, eləcə də ev heyvanları ilə münasibətlər daha da inkişaf edə bilər. Lakin bu istiqamətdə olan ən narahatverici hal texnologiyanın yanlış istifadəsi ilə bağlıdır. Çünki heyvanlarla ünsiyyət sahəsində texnologiyanın yanlış tətbiqi etik müzakirələrə səbəb ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Yanvar 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri