Hibrid və elektromobil almaq istəyənlərin NƏZƏRİNƏ KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gələn ildən elektrik mühərrikli avtomobillərin əlavə dəyər vergisinə (ƏDV) cəlb olunacağı ilə bağlı qərar ictimaiyyətdə böyük maraq doğurub. Bu dəyişiklik bazarda elektrikli, hibrit və benzinlə işləyən avtomobillərin qiymət nisbətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, ƏDV-nin tətbiqi nəticəsində elektrikli avtomobillərin qiymətində ciddi artım müşahidə olunacaq:
“Elektrikli avtomobillərin də qiyməti ƏDV qədər qalxacaq. Əsas meyar budur ki, ƏDV tətbiq ediləcəksə, ölkəyə idxal edilərkən onu idxalçılar ödəyəcək. Bu vergi 18 faiz təşkil edir və birbaşa qiymətin üstünə gələcək. Nəticədə təxminən 18-20 faiz bahalaşma olacaq”.
Ekspertin sözlərinə görə, bu artım elektrikli avtomobillərlə yanaşı, bazarda hibrit və benzinli avtomobillər arasındakı qiymət fərqinə də təsir göstərəcək. Elektrikli nəqliyyat vasitələrinin stimullaşdırılması məqsədilə əvvəllər onlara tətbiq olunmayan ƏDV-nin bərpası nəticəsində artıq bu fərq azalacaq.
Aynurə İsmayıl
KONKRET.az
Baxış sayı:98
Bu xəbər 05 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















