Icma.az
close
up
RU
Hicab qadağası: 6 türk ölkəsinə də İsrail təsir edib?

Hicab qadağası: 6 türk ölkəsinə də İsrail təsir edib?

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyada türk respublikaları çox olsa da, cəmi 7-si tam müstəqildir, onun da biri – Kuzey Kıprıs hələ tanınmır.

Məktəblərdə hicab hazırda 6 türk ölkəsində qadağandır: Kuzey Kıprısda, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda məktəbli geyiminə sərt nəzarət tətbiq edilir, Türkmənistanda yalnız milli geyimlərə icazə verilir...

“Özbəkistanda orta məktəblərdə hicab qadağası aradan qaldırılıb” deyənlər tamamilə səhv edir. 2021-ci ildə Özbəkistanda hicablı qızların məktəbdən kənarda qalmaması üçün başörtrüsünə icazə bu cür verilib – milli ənənəyə uyğun olmalıdır, yalnız açıq rəngli yaylıqlardan istifadə edilməlidir, çənə bağlana bilməz, yaylığın ucları mütləq şəkildə boyunun arxasında bağlanmalıdır və yaxud milli başörtüsü (doppi) taxıla bilər.

Bu, hicab anlayışına qətiyyən uyğun gəlmir; bu, hicab deyil, baş yaylığıdır. (Maraqlı variantdır, həm dövlət istədiyini edir, həm milli başörtüsü tətbiq edilir, həm də hicablı qızların başı açıq qalmır).

Yalnız Türkiyədə orta məktəblərdə hicab qadağası yoxdur, əksinə, hicab təşviqi var ki, bu da islamçıların hakimiyyətə gəlməsindən (2002-ci ildən) sonra baş verdi.

Hətta CHP sədrliyinə qaytarılan Kamal Kılıçdaroğlu da bildirir ki, Türkiyə vaxtilə bu səhvi edib, hicaba qadağa qoyub və qardaş məsləhəti verir ki, bizim vaxtilə etdiyimiz səhvi təkrar etməyin.

Doğrusu, mən də orta məktəb şagirdinin hicab geyməsinin tərəfdarı deyiləm, amma bunun qadağan edilməsinə də qarşıyam.

Yaxşı, tutaq ki, bizə “İsrail təsir edir”; yaxşı, tutaq ki, biz qalmışıq “İsrailin əlində” – neynək, bir anlıq fərz edək ki, bu uzaqgedən ehtimallarınızda haqlısınız. Bəs, qazax, türkmən, özbək, qırğız... da İsrailin “əlində” qalıb?

Yaxşı, bu Kuzey Kıprıs axı Türkiyənin birbaşa nüfuz dairəsindədir, rəsmən də KKTC-nin böyük qardaşı statusunda sayıla bilər. Kuzey Kıprıs niyə qadağan edir orta məktəblərdə hicabı?

Yəqin Kuzey Kıprısın da “İsrailin təsir dairəsində” olduğunu deməzsiniz, inşallah!

Həm də bu qardaş ölkələrin hamısı Azərbaycandan əvvəl atıb bu addımı.

Tam səmimi olaraq soruşuram: niyə bu türk ölkələri şagirdlərə hicabı qadağan edir? Bu ölkələrin rəhbərliyində hansı məlumat var ki, hicabı orta məktəbə buraxmamaq qərarı verirlər?

Yenə təkrarlayıram: şəxsən qadağa tərəfdarı deyiləm, “qadağa” sözü gələndə başımdan od çıxır, ancaq şip-şirin balalarımızın hicab geyinməsini və yaxud onlara hicab geyindirilməsini də istəmirəm.

Sadəcə, maraqlıdır: bu 7-dən 6-da qadağanın səbəbi nədir?

Altı türk ölkəsi bir-birinin ardınca səhv edir, yalnız Türkiyə düz edir?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri