Icma.az
close
up
RU
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq...

Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq...

Icma.az bildirir, Ayna portalına istinadən.

Həqiqi yenilənmə, yoxsa cəmiyyətin “buxarını buraxmaq” niyyəti?

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif İran hökumətinin “ictimai yerlərdə saçlarını örtməyən” qadınlara təzyiq etməmək qərarına gəldiyini deyib və bu qərarı düzgün istiqamətdə atılan addım adlandırıb. Bu barədə “Mehr” agentliyi xəbər verir.

O, bu sözləri Davosda keçirilən Dünya İqtisadi Forumunda CNN-in müxbiri Fareed Zakaria ilə sğhbətində səsləndirib: “Tehran küçələrinə çıxsanız, qadınların saçlarını örtmədiyini görərsiniz. Bu, qeyri-qanunidir, lakin hökumət qadınlara təzyiq etməmək qərarına gəlib”.

Zərifin sözlərinə görə, bu qərar dövlət başçısı Məsud Pezeşkiyanın seçkiqabağı vədi olub və indi yerinə yetirilib. Vitse-prezident ölkə Prezidentinin ictimai yerlərdə saçlarını örtməkdən imtina edən qadınları cəzalandıran qanunu tətbiq etməmək qərarına gəldiyini qeyd edib: “Bu qərar İran rəhbərliyinin, o cümlədən parlament sədrinin, Milli Təhlükəsizlik Şurasının, məhkəmə hakimiyyətinin və hökumətin rəhbərinin razılığı ilə qəbul edilib. Qadınları təzyiq altında saxlamaqdan qaçmaq cəhdi kafi deyil, lakin doğru istiqamətdə atılmış addımdır”.

Bu yeni təcrübə nə deməkdir? İlk dəfədir ki, İranda qadınların başı açıq gəzərkən özlərini təhlükəsiz hiss etdiklərini eşidirik. Bu yaxınlarda buna görə həbslər və cəzalar barədə xəbərlər yayıldı. Bəs indi necə? Geri dönüş sondur, yoxsa vəziyyət hələ də tərsinə, qaydaların sərtləşdirilməsinə doğru dəyişə bilər?

AYNA mövzunu tanınmış əcnəbi iranşünaslarla müzakirə edib.

Rusiya Dövlət Humanitar Universitetinin Müasir Şərq və Afrika kafedrasının dosenti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Ravandi-Fədai:

“Nə qədər ki, Prezident Pezeşkiyan hakimiyyətdədir, mən qadın geyimlərinə ciddi nəzarətin olacağını gözləməzdim. Çünki onun əsas vədlərindən biri hicab taxmaqdan imtina edən qadınlara qarşı repressiyaların dayandırılması idi. Böyük şəhərlərdə çoxlu qadın və qızlar da daxil olmaqla, cəmiyyətin liberal hissəsi onu dəstəklədi. Və vədlərindən dönərsə, bu, səlahiyyət itkisi olacaq.

Bəli, ölkədə bu cür dəyişikliklərə qarşı çıxan güclü ultra-mühafizəkar blok var. Lakin onlar hələlik vəziyyətə ciddi təsir göstərməyəcəklər, çünki onlar başa düşürlər ki, nəzarətin gücləndirilməsi yeni kütləvi etirazların başlanması ilə nəticələnir. İndiki hakimiyyət bunda qətiyyən maraqlı deyil. Məhz buna görə də ruhani lider Pezeşkiyanın seçilməsinə icazə verdi ki, o, cəmiyyətə güzəştə getsin (lakin müəyyən çərçivələr daxilində) və cəmiyyətin narazı hissəsindən “buxarı buraxsın”.

Mühafizəkarlar təbii ki, Tehranda getdikcə daha çox qadın və qızın başlarını açıq gəzdirməsindən narazıdırlar: nəhayət, mühafizəkar blok bütün iranlı qadınların hicaba ciddi riayət edən qeyrətli müsəlman olduğu təəssüratı yaratmaq istəyir. Amma əslində İranda da əksinə, bir çox ölkələrdə olduğu kimi dini doqmalara bağlılığın zəiflədiyini görürük. Mühafizəkarlar indi dözməli və öz narazılıqlarını yalnız şifahi formada ifadə etməli olacaqlar. Və ümumiyyətlə, polis patrulları artıq “narahat geyinmiş” iranlı qadınlarla kobud rəftar etməyəcəklər. Bu da hazırkı Prezidentin uğurudur.

Başqa bir şey odur ki, xarici siyasətdə Pezeşkiyan İran üçün ciddi məğlubiyyətlərlə üzləşib - Suriyanın itirilməsi xüsusilə göstəricidir. Əgər işlər belə davam edərsə, revanş almağa çalışacaq parlamentdəki mühafizəkar çoxluq Prezidentin mövqeyini təhdid edə bilər və o zaman Pezeşkiyanın hakimiyyəti saxlaması çətinləşə bilər. Amma belə bir ssenari yaxın gələcəkdə onu təhdid etmir.

Mən bir müddət əvvəl İranda idim və o zaman mühafizəkarlar hicabsızlığa görə cəzalar, o cümlədən həbslərlə bağlı çox sərt qanun layihəsi hazırlamışdılar. Dəlicəsinə cərimələr nəzərdə tuturdu, amma qəbul olunmadı, sadəcə müzakirə olundu, amma Prezident rədd etdi. Təbii ki, 8 min dollardan 10 min dollara qədər cərimə çox ağır cəzadır.

Amma hansı tədbirləri inkişaf etdirsələr də, qızlar yenə də axşamlar kafelərdə hicabsız otururlar. Təbii ki, bunu görməyəcəyiniz yerlər var. Tutaq ki, hansısa kafedə çadrasız oturmaq adət deyilsə, o zaman ofisiant gəlib deyə bilər ki, burada bu, adət deyil. Və təbii ki, qadın onu geyinməyə məcbur olacaq.

Amma əsas etibarilə indi bir çox insan hicabsız gəzir. Bəli, belə dəyişikliklər var, amma eyni zamanda, mən özüm də orada qadınlardan şərhlər almışam. Bəzi ultra-mühafizəkar qadınlar var ki, İranda heç nəyi dəyişmək istəmirlər. Bir dəfə skamyada oturmuşdum və sadəcə yaylığımı açmışdım. Onu çıxarmamışdım, ancaq açmışdım. Bir qadın yanıma gəldi və dedi ki, bunu etmək olmaz. Amma yenə də hicabın geniş yayılmasının tərəfdarı olan bu qadınlar çoxluq təşkil etmir. Müşahidələrimə görə, onlar ümumi sayın 20-25%-ni təşkil edə bilər”.

İsrailli tədqiqatçı və jurnalist Mixail Borodkin:

“İnanıram ki, bu, köklü dəyişiklik deyil, “buxarı buraxmaq”, narazılığı azaltmaq cəhdindən başqa bir şey deyil. İran rejimi indiki məqamda öz maraqlarını necə gördüyündən asılı olaraq, hicab qanunlarından və digər bu kimi tənzimləmələrdən repressiya aləti kimi istifadə edir, təzyiqləri gah yumşaldır, gah da sərtləşdirir.

Nəzərə alın ki, bu, yalnız qanunun tətbiqi praktikasına aiddir, onun ləğvi və ya yumşaldılması haqqında deyil. Yəni, İran rejimi hər an təhlükəsizlik qüvvələrinə bir daha bu normalara əməl olunmasına mümkün qədər ciddi şəkildə nəzarət etməyi əmr edə bilər və hər şey öz qaydasına düşəcək. Daxili siyasətdə ciddi islahatlar aparılmasa, bu məhdudiyyətlər aradan qalxmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 Yanvar 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri