Icma.az
close
up
RU
Hicran Hüseynova parlamentdə təkliflə çıxış edib

Hicran Hüseynova parlamentdə təkliflə çıxış edib

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Son 5 ildə əldə olunan nəticələr onu göstərir ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi. 

Eyni zamanda, güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaratdı”.

“Cebheinfo.az” xəbər verir ki, bunu 2026-cı il Dövlət büdcəsi haqqında danışarkən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü iclasında deyib.

Komitə sədri qeyd edib ki, bu gün hansı sahəyə baxsaq, orada inkişaf var:

“Hazırda “Böyük Qayıdış” Dövlət Proqramı uğurla həyata keçirilir. Əhalinin sosial müdafiəsinin  gücləndirilməsi ilə bağlı islahatlar davam edir. İqtisadiyyatımız  şaxələnir və getdikcə daha da güclənəcəkdir. Məhz iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur.

Bu sahənin inkişafına xüsusi diqqət var. Əlbəttə, görülən bu işlər Prezident İlham Əliyevin siyasi qətiyyətini, xalqımızın iradəsini və iqtisadi potensialımızın gücünü göstərir. 

Hazırkı geosiyasi proseslər fonunda təhlükəsizlik, xüsusi ilə kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də süni intellekt məsələləri daha da aktuallaşır. Digər tərəfdən, qlobal və regional iqtisadi reallıqlar milli iqtisadiyyatımıza da təsir etməkdədir.

Buna görə də biz deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi həm də gələcək illər üzrə sosial və iqtisadi inkişaf konsepsiyasını əhatə edir. Dövlət büdcəsi adətən dövlət gəlirlərinin və xərclərinin illik bölgüsüdür. Bu, dövlət qurumları üçün ölkədə proaktiv iqtisadi siyasəti həyata keçirmək üçün ən vacib resursdur. 

Qanun layihəsində:

- Dövlət büdcəsi xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğu

- Dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar

- Mövcud demoqrafik proseslər və bununla bağlı gələcək proqnozlar
- İqlim dəyişikliklərinin dövlət xərclərinə və gəlir dayanıqlığına təsiri kimi məsələlərin təhlil edilməsi

- Qarşıda dayanan vəzifələrin qeyd olunması xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan 2026-ci il Dövlət Büdcəsini  həm də strateji sənəd kimi qəbul etmək olar”. 

H.Hüseynova parlament sədrinə Baş nazirə minnətdarlığını bildirib:

“Dəstəyinizlə Milli Məclis Komitələri ilə dövlət qurumlarının birgə iclasları keçirildi. Bizi narahat edən məsələləri səsləndirdik. Geniş və detallı müzakirələr aparıldı. 

Ümid edirəm ki, təkliflərimiz gələn ilin dövlət büdcəsində və sonrakı illərin dövlət büdcəsində nəzərə alınacaqdır. Eyni zamanda, ətraflı təqdimata görə Hökumət nümayəndələrinə, Hesablama Palatasına və Mərkəzi Banka təşəkkür edirəm.

Bütün şəhər və kəndlərimiz kimi, Sumqayıt da inkişaf edir. Sənaye Parkının fəaliyyəti,  investisiya və infrastruktur layihələri  nəticəsində həm şəhərin siması dəyişir, həm də yeni iş yerləri açılır. Xüsusi ilə  seçildiyim dairə üzrə seçicilərim adından təşəkkür etmək istəyirəm. 

Bu günlərdə Bakı və Sumqayıt şəhərləri arasında yeni avtobus marşrutu istifadəyə verildi. Bu, insanların sürətli və rahat gedişlərinə böyük dəstəkdir. İnanırıq ki, vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşması üçün aparılan işlər davamlı olacaqdır. 

Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür. Uşaq yalnız ailənin deyil, eyni zamanda, mənsub olduğu xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir. Ona görə də büdcəyə uşaqlarla bağlı təkliflərimi bir daha səsləndirmək istəyirəm.

Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, uşaq bağçalarında və təhsil  müəssisələrində tibbi və psixoloji xidmətin təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç  və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac vardır.

Bütövlükdə, mən 2026-cı il üçün dövlət büdcəsi layihəsini əhatəli hazırlanmış sənəd hesab edirəm və ona səs verəcəyəm”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri