Hidayət Heydərov sosial şəbəkələrdəki paylaşımlarına görə CƏZALANDIRILDI
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Hidayət Heydərova sosial şəbəkədəki bəzi paylaşımlarına görə intizam tədbiri tətbiq olunub. Bu, federasiyanın daxili məsələsidir və cəzanın mahiyyəti açıqlanmayacaq. Nizam-intizam bizim üçün çox önəmlidir.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.
O, Olimpiya çempionu Hidayət Heydərovun hazırda əsas probleminin çəki olduğunu bildirib: “Başa düşməliyik ki, Heydərovun çəkisini sala bilməməsinin müəyyən səbəbləri var. Bu məsələ ilə bağlı onunla danışmışıq. Hidayətin potensialına isə heç bir şübhəmiz yoxdur. İnanırıq ki, o, gələcəkdə ikiqat Olimpiya çempionu ola bilər. Məşqlərə vaxtında gəlir, gecikmir. Hazırda əsas problemi çəki məsələsidir və bunun üzərində işləyirik”.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-11-də təşkil olunacaq.
Baxış sayı:168
Bu xəbər 16 İyul 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















