Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ər-Riyad, 8 noyabr, Elnur Salahov, AZƏRTAC
Azərbaycan cüdoçuları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tatamiyə Gültac Məmmədəliyeva (52 kiloqram) çıxıb. O, türkiyəli rəqibi Buketnur Karabuluta 0:10 hesabı ilə məğlub olub.
Ardınca isə Olimpiya çempionumuz Hidayət Heydərov (73 kiloqram) qüvvəsini sınayıb. 1/8 final mərhələsində Cibutidən olan Aden-Alexandre Huseyn Muhammedi 1:0 hesabı ilə üstələyən titullu idmançımız adını növbəti raundda yazdırıb.
Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə mübarizəyə 1/4 finaldan başlayacaqlar.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 08 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















