Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir
Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton sammiti sülh prosesinə siyasi dəstək verdi.
Sitat.info APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan konqres mərkəzində brifinqdə bildirib.
Hikmət Hacıyev vurğulayıb ki, sammitin əsas məqsədi sülhü təmin etmək olub: “Məqsədimiz sülhü qazanmaq idi. Biz həmçinin ABŞ administrasiyasına, Prezident Trampa və onun bütün komandasına sülh prosesini irəlilətmək üçün siyasi dəstək verdiyinə görə minnətdarıq”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan və Ermənistan sülhü müəyyənləşdirmək prosesindədir: “Hazırda Ermənistan və Azərbaycan sülh şəraitində yaşamağı öyrənir, çünki iki ölkə müstəqillik qazandıqdan sonra sülhün nə demək olduğunu bilmirdi. Buna baxmayaraq, sülhü müəyyənləşdirmək prosesindəyik. Müharibəni təyin etmək çox asandır, çünki söhbət qan, dağıntı və bütün bu dəhşətli şeylərdən gedir. Lakin bu vaxt ərzində sülhü təyin etmək və sülh şəraitində yaşamağa uyğunlaşmaq çox çətindir”.
Hikmət Hacıyev brifinqdə sülh prosesinin dərinliklərini, regionda dayanıqlı sabitliyin təmin olunmasının vacibliyini və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi zəruriliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 31 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















