Icma.az
close
up
RU
Hikmət Hacıyev: Azərbaycan yeni data mərkəzi olmaq üçün bütün üstünlüklərə malikdir

Hikmət Hacıyev: Azərbaycan yeni data mərkəzi olmaq üçün bütün üstünlüklərə malikdir

Icma.az bildirir, Bizim media portalına istinadən.

"Avropa İttifaqı 2024-cü ildə Cənub Qaz Dəhlizi vasitəsilə, təxminən, 11.7 milyard kubmetr Azərbaycan qazı idxal edib, bu da 2021-ci ildəki səkkiz milyard kubmetrdən artıqdır. 2022-ci il razılaşması, infrastruktur və müqavilələr imkan verərsə, həcmin 2027-ci ilə qədər ən azı 16 milyard kubmetrə çatacağını nəzərdə tutur".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EU Today"ə müsahibəsində Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıqdan danışarkən deyib.
"Avropa Komissiyası qeyd edir ki, SOCAR hazırda 12 ölkəyə qaz tədarük edir ki, bunun da səkkizi Aİ üzvüdür. Trans-Adriatik Boru Kəmərinin və əlaqəli infrastrukturun daha da genişləndirilməsi isə Avropa tərəfindən həqiqi maraq və uzunmüddətli müqavilə öhdəlikləri olduğu təqdirdə mümkün olacaq", - H.Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, xüsusilə bərpaolunan enerji mənbələrinə diqqət çəkib:
"Azərbaycanın Energetika Nazirliyi ölkənin bərpaolunan enerji potensialını quruda, təxminən, 135 GVt, Xəzər dənizində 157 GVt olaraq hesablayıb. Prezident İlham Əliyev 2030-cu ilə qədər, təxminən, 6 GVt bərpaolunan enerji gücü - Günəş, külək və hidroenerji - hədəfini elan edib, artıq təxminən, 10 GVt-lıq layihələri əhatə edən müqavilələr və memorandumlar imzalanıb. 2030-cu ilə qədər Azərbaycan 6 GVt bərpaolunan elektrik enerjisi istehsal etmək gücündə olacaq. Bu isə daha çox qazın Avropaya ixracı üçün sərbəst buraxılmasına imkan verəcək".
 

O bu proqnozlaşdırılan gücü Avropanın rəqəmsal və süni intellekt məqsədləri ilə əlaqələndirib və bildirib ki, elektrik enerjisi təchizatı Aİ daxilində data mərkəzlərinin böyüməsini məhdudlaşdıracaq.


"Avropanın yeni tərəfdaşlara ehtiyacı var", - deyən H.Hacıyev Azərbaycanı Mərkəzi Asiyadan Avropaya data daşıyan "rəqəmsal İpək Yolu" daxilində gələcək regional mərkəz kimi təqdim edib.
"Bakı bir neçə ildir, nəqliyyat və enerji layihələri ilə yanaşı, optik lifli təşəbbüsləri və data dəhlizi konsepsiyalarını təbliğ edir.
Müqayisədə ucuz elektrik enerjisi və ölkənin şimal bölgələrində münasib iqlim şəraiti nəzərə alınarsa, Azərbaycan qlobal rəqəmsallaşdırma konsepsiyasında yeni data mərkəzi olmaq üçün bütün üstünlüklərə və şərtlərə malikdir", - H.Hacıyev vurğulayıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri