Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan NATO tərəfdaşlığını müzakirə edib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib.
“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik. Görüşdə Azərbaycanla NATO arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması istiqamətində əldə olunan irəliləyişləri qeyd etdik. Həmçinin, Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə ətraflı müzakirələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardıq”, - Hikmət Hacıyev qeyd edib.
Bu mövzuda digər xəbərlər:Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşdü
07 May 2025 17:50
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan Aİ tərəfdaşlığını müzakirə edib
16 Noyabr 2026 23:04
Hikmət Hacıyev NATO nun xüsusi nümayəndəsi ilə görüşdü FOTO
16 Noyabr 2026 13:51
Azərbaycan NATO nun etibarlı tərəfdaşıdır Hikmət Hacıyev
25 İyun 2026 19:18
Hikmət Hacıyev Aİ nin xüsusi nümayəndəsi ilə TRIPP i müzakirə edib
14 Mart 2026 12:28
Baxış sayı:171
Bu xəbər 25 İyun 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















