Hikmət Hacıyev Brüsseldə mühüm görüşlər keçirdi Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 27-də Brüsseldə bir sıra mühüm görüşlər keçirib.
“Qafqazinfo” xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
O, görüş zamanı Avropa İttifaqından olan həmkarları ilə Azərbaycanla Aİ arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı müzakirə etdiyini bildirib.
“Biz ikitərəfli gündəliyin geniş spektri və Azərbaycan-Aİ tərəfdaşlığının daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq”, - deyə əlavə edib.
O, digər bir paylaşımında Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə Azərbaycan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı məzmunlu müzakirələr aparıldığını qeyd edib.
“Komitənin sədri səfir Delfin Pronka minnətdaram. Komitənin üzvlərini Azərbaycanın regionda irəlilətdiyi sülh gündəliyi, eləcə də sülhün iqtisadi üstünlükləri, Zəngəzur dəhlizinin inkişafı və etimadın möhkəmləndirilməsi tədbirləri barədə məlumatlandırdım.
Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızın və tərəfdaşlığımızın möhkəmləndirilməsi üzrə gələcək addımları tam dəstəklədiklərini bildirdiklərinə görə təşəkkür edirəm”, - deyə H. Hacıyev vurğulayıb.




Baxış sayı:96
Bu xəbər 28 Noyabr 2025 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















