Hikmət Hacıyev Counterpoint sənədli filmi barədə paylaşım etdi
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixinə həsr olunmuş "Counterpoint" sənədli filmi barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
Avtosfer.az xəbər verir ki, filmdə əks olunan tarix indiki Almaniyanın Baden-Vürtemberq federal torpağından Azərbaycana köçmüş şvab ailələrinin məskunlaşması ilə başlayır.
"Sənədli filmdə alman köçkünlərin və yerli azərbaycanlıların öz dinlərini, dillərini, ənənələrini qoruyaraq necə firavan icmalar qurduqları göstərilir. Bununla belə, sovet repressiyaları, deportasiyalar və müharibə iki xalq arasında formalaşmış birgəyaşayış ənənəsini pozub.
Köçkünlərin nəsillərinin, tarixçilərin və diplomatların xatirələri əsasında hazırlanan filmdə bu günədək qorunub saxlanılan mədəni irs və tarixi yaddaşın keçmişin sınaqlarından necə çıxdığı araşdırılır", - o yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Oktyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















