Icma.az
close
up
RU
Hikmət Hacıyev Fransan və Ermənistanın COP29da iştirak etməməsindən danışdı

Hikmət Hacıyev Fransan və Ermənistanın COP29da iştirak etməməsindən danışdı

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Ermənistanın və Fransanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.

Bakıvaxtı.az xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiyini diqqətə çatdıraraq deyib: “Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən aparılan müzakirələri gördükdə bir daha şahidi oluruq ki, dünya bu gün Azərbaycandadır. COP29-da 75 mindən artıq iştirakçı qeydiyyata alınıb. Ona görə də Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”.

Hikmət Hacıyev açıqlamasında Ermənistanın iqlim dəyişməsi və iqlim transformasiyası məsələsində ciddi olub-olmaması məsələsindən də danışıb. O, COP29-un başlamasından əvvəl BMT-nin Ətraf Mühit Proqramının iqlim dəyişmələrinin Cənubi Qafqaza mənfi təsirlərinə dair hazırladığı hesabatda regiondakı dağlarda buzlaqların əriməsi, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi, yağıntıların azalması kimi neqativ tendensiyaların yer aldığını vurğulayaraq deyib: “Hesab edirdik ki, Ermənistanın COP29-da iştirakı Cənubi Qafqaz regionunda əməkdaşlıq, o cümlədən iqlim dəyişməsi kimi vacib məsələlərin birgə müzakirəsi baxımından faydalı imkan olardı. Amma Ermənistanın burada iştirak etməməsi göstərir ki, onun bu günə qədər COP ilə əlaqədar tutduğu mövqe cılız propaqandadan başqa bir şey deyil və Ermənistan bu məsələdə də ciddi deyil. Ermənistanın dövlət strukturlarının iştirakı və dəstəyi ilə Azərbaycana qarşı bir sıra çirkin təbliğat kampaniyaları aparılır. Ermənistanın tutduğu mövqe bundan ibarətdir. Hesab edirdik ki, Ermənistan COP29-a qatılmaqla regional səviyyədə etimad quruculuğu və dialoq prosesinə töhfə vermiş olardı. Amma Ermənistan özü bundan kənara çəkildi”.

Prezidentin köməkçisi Fransanın açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq və müzakirə aparmaq əvəzinə, küskün mövqe tutmasının da anlaşılan olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, okeanın ortasında yerləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsiri nəticəsində ekzistensializm təhlükəsi ilə üzləşib. Fransanın və Niderlandın dənizaşırı regionları də mahiyyət etibarilə kiçik ada dövlətləri kateqoriyasına aid coğrafi ərazilərdir. Öz idarəçilikləri olmadığına, hələ də dənizaşırı regionlar kimi idarə edildiklərinə görə həmin ərazilərin nümayəndələri iqlim problemləri çərçivəsində öz səslərini ucalda bilmirlər. “Biz iqlim probleminin qlobal problem olduğunu qəbul ediriksə, inklüzivlik prinsipindən çıxış edərək hər bir tərəfə fürsət vermək lazımdır ki, onlar da öz problemlərini qaldırsınlar. Bu, normal hal idi. Lakin təəssüf ki, inklüzivlikdən danışan və konstruktiv tənqidi həmişə təşviq edən tərəf kimi çıxış edən Fransa bir tənqiddən sonra küskün mövqe tutdu, geri çəkilməyə, buna başqa siyasi donlar geyindirməyə çalışdı. Bu, BMT tədbiridir. Burada hər bir dövlətin iştirak etmək və etməmək hüququ var. Ona görə də bu, Fransanın öz qərarıdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Noyabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri