Icma.az
close
up
RU
Hikmət Hacıyev İsrail Prezidenti ilə regional məsələləri müzakirə etdi KONKRET

Hikmət Hacıyev İsrail Prezidenti ilə regional məsələləri müzakirə etdi KONKRET

Icma.az bildirir, Konkre.az-ə əsaslanaraq Hikmət Hacıyev İsrail Prezidenti ilə regional məsələləri müzakirə etdi KONKRET.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İsaak Hersoqla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Prezidentin köməkçisi İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

İsrail Prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional məsələlər müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri