Hikmət Hacıyev Serbiya Azərbaycan tərəfdaşlığının perspektivindən danışıb
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Serbiya-Azərbaycan tərəfdaşlığı Balkanlar ilə Cənubi Qafqaz regionu arasında əməkdaşlıq və əlaqəliliyin genişlənməsi üçün imkanlar yaradır.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu "Blic TV"yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Prezidentimizin qarşıdan gələn səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Şurası iclasının keçirilməsi planlaşdırılır. Həmin iclasda əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunacaq, xüsusi diqqət iqtisadiyyat, investisiyalar, energetika və biznes əlaqələrinə yönəldiləcək", - deyə o bildirib.
H. Hacıyev vurğulayıb ki, Azərbaycan və Serbiya Prezidentləri arasında dostluq və dialoq çox mühüm əhəmiyyətə malikdir:
"Eyni zamanda, xalqlar arasında ənənəvi dostluq əlaqələri mövcuddur. Ölkələrimiz Qafqaz və Balkan kimi strateji regionlarda yerləşir və hesab edirik ki, Serbiya–Azərbaycan tərəfdaşlığı Balkanlar ilə Cənubi Qafqaz regionu arasında əməkdaşlıq və əlaqəliliyin genişlənməsi üçün regional imkanlar yaradır".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:150
Bu xəbər 14 Fevral 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















