Hikmət Hacıyev: Sülh danışıqları gələn ay davam edəcək Yeni Sabah
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar.
Yenisabnah.az TASS-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP-29) Tərəflərin 29-cu Konfransı çərçivəsində deyib:
“Hazırda Azərbaycanın gündəmində olan əsas mövzu noyabrın sonuna qədər COP-29-dur. Şübhəsiz, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.
Hikmət Hacıyevin sözlərinə görə, sənədin mətninə dair müəyyən suallar var: “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi.
Beləliklə, biz bu kontekstdə gecikmiş prosesi hiss edirik. Şübhəsiz, dekabrdan başlayaraq yeni proses olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 Noyabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















