Icma.az
close
up
RU
“Hikmət Hacıyev təsadüfi bəyanat vermir...” VACİB AÇIQLAMA

“Hikmət Hacıyev təsadüfi bəyanat vermir...” VACİB AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 Aprel - Beynəlxalq Mina Təhlükəsi Haqqında Maarifləndirmə Günü ilə bağlı “X” hesabında paylaşımında 30 il Ermənistanın işğalında olmuş Azərbaycan ərazilərinə yerləşdirilmiş minaların gətirdiyi faciələr barədə yazıb.

O qeyd edib ki, dünya irəlilədiyi halda, Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir:
“Azərbaycan ərazisinin təxminən 12 faizi 30 illik işğal dövründə Ermənistan tərəfindən yerləşdirilmiş 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən bəri - sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışına mane olur”.

CİNGİZ SON.jpg (299 KB)

Demokrat.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, 400-dən çox azərbaycanlının mina qurbanına çevrilməsinin və bundan sonra da buna bənzər faciələrin baş verməsinin məsuliyyəti Ermənistanın üzərinə düşür:
“Cənab Hikmət Hacıyev təsadüfi bəyanat vermir. Mina problemi post-müharibə dövrünün ağır humanitar böhranıdır. Əgər bir dövlət 30 il ərzində başqa bir ölkənin ərazisində genişmiqyaslı şəkildə minalar yerləşdiribsə və həmin minaların xəritələrini tam və dəqiq təqdim etmirsə, nəticədə mülki şəxslər sülh dövründə belə həlak olursa, bu zaman məsuliyyət məsələsini yayındırmaq mümkün deyil. Odur ki, minaların gətirdiyi faciələrin də məsuliyyəti Ermənistanın üzərindədir”.

MİNA YENİ.jpg (273 KB)

Ekspert qeyd edib ki, beynəlxalq humanitar hüquqa görə, münaqişədən sonra mina xəritələrinin təqdim edilməsi humanitar öhdəlik sayılır, mülki əhalinin həyatına davam edən təhlükə yaradan fəaliyyətlər məsuliyyət yaradır:
“Yəni bu, təkcə siyasi ittiham deyil, hüquqi məsuliyyət elementi daşıyan məsələdir. 1,5 milyondan çox mina, ərazinin təxminən 12%-nin çirklənmiş vəziyyətdə olması, 2020-ci ildən sonra 400-dən çox mülki qurban faktı vəziyyətin nə dərəcədə ağır olduğunu göstərir. Bu rəqəmlər artıq “müharibənin nəticəsi” çərçivəsini aşır. Bu, müharibədən sonrakı dövrdə davam edən təhlükədir. Əgər mina xəritələri bilərəkdən gizlədilirsə və ya natamam təqdim olunursa, bunun adı bilərəkdən humanitar riski davam etdirməkdir. Bu isə siyasi baxımdan da, mənəvi baxımdan da, hüquqi baxımdan da məsuliyyət yaradır”.
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri