Hikmət Hacıyev Yaponiya ilə viza məsələsindən danışdı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Afrika ölkələri ilə əlaqələri genişləndirir.
“Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Hikmət Hacıyev Afrikadan olan ölkələrlə viza məsələsinin sadələşdirilə biləcəyini qeyd edib: “Biz bu təşəbüsləri səbirsizliklə gözləyirik. Şübhəsiz ki, bu iki tərəfli addımlardan asılı məsələdir”.
O həmçinin bildirib ki, Azərbaycan Yaponiya vətəndaşları üçün 2027-ci ilin iyulunda başa çatacaq vizasız rejimin müddətini uzada bilər, eləcə də ölkə onun qarşılıqlı olmasını təklif edir: “Bir il müddətinə vizasız giriş imkanı tətbiq etmişik və bu rejimin uzadılmasını gözləyirik. Lakin hesab edirik ki, bu, qarşılıqlı olmalıdır, çünki bir çox Azərbaycan vətəndaşları da Yaponiyaya səfər etmək istəyərdi. İki ölkənin müvafiq qurumları və Xarici İşlər nazirlikləri tam qarşılıqlı vizasız rejimin tətbiqi məsələsi üzərində birgə işləyə bilərlər. Bu, turizm səfərlərini asanlaşdıracaq və mədəni proqramların genişləndirilməsinə töhfə verəcək”.
Lamiyə Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Oktyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















