Hikmət Hacıyevin Avropa İttifaqı Şurasının heyəti ilə görüş barədə paylaşımı
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 1-də Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) Avropanın 20-dən çox ölkəsinin nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Prezidentin köməkçisi bu barədə özünün “X” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf edir. Son dövrlərdəki yüksəksəviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə mühüm dinamika qazanıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və xüsusilə Orta Dəhliz vasitəsilə regional bağlılıqdakı strateji rolu Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindəndir. Eyni zamanda, əməkdaşlıq təmiz enerji, rəqəmsal transformasiya, innovasiya və investisiyalar sahələrini də əhatə edəcək şəkildə genişləndirilir.
Bu il təhlükəsizlik sahəsində dialoqumuzu Siyasi və Təhlükəsizlik Dialoqu səviyyəsinə genişləndirmişik və yeni hərtərəfli ikitərəfli sazişin, eləcə də yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzərində işləyirik.
İnkişaf edən ikitərəfli gündəlik qarşılıqlı maraqlarımızı praktiki nəticələrə çevirmək üçün imkan yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 Oktyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















