Icma.az
close
up
RU
Hikmət Hacıyevin dost qınağından Türkiyə mediası nəticə çıxaracaqmı?

Hikmət Hacıyevin dost qınağından Türkiyə mediası nəticə çıxaracaqmı?

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsində qələbə qazanaraq düşmən ölkə Ermənistanı məğlub etdi və bununla da 30 illik işğala son qoyuldu. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz istəyinə çatdı, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bu gün hər birimiz fəxr edirik ki, müqəddəs Azərbaycan Bayrağı Şuşada, füsünkar təbiəti olan Kəlbəcərdə, Laçında, Xankəndidə, eləcə də Qarabağın digər ərazilərində qürurla dalğalanır. 

Ölkə Prezidenti İlham Əliyev həmçinin Haqq mübarizəsində Azərbaycanın yanında olanlara, onu birmənalı dəstəkləyənlər, qardaş və dost Türkiyə başda olmaqla, Pakistana, İsrailə və bir neçə ölkəyə öz təşəkkürünü, minnətdarlığını bildirdi. Qeyd etdi ki, bizim unutmayacağımız bu haqq mübarizəsində yanımızda olanlardır. Məhz elə həmin müharibədən sonra ölkə olaraq, Azərbaycanın mübarizəsində yanımızda olan dövlətlərin adlarını qürurla və çəkinmədən hər yerdə dilə gətirə bilirik. 

Qeyd edək ki, Azərbaycanın bu ölkələri dəstəkləməsi bəzən qardaş ölkənin mediasında birmənalı qarşılanmır. Belə ki, 2023-cü ilin 7 oktyabrında İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında başlanan münaqişədən sonra qardaş Türkiyənin bir sıra media orqanları Bakını Tel-Əvivlə əməkdaşlıq və dostluq əlaqələri qurmasına görə tənqid etməyə başladı. Hətta Türkiyədə SOCAR-a qarşı bir qrup tərəfindən çirkin kampaniyaya start verildi. Əslində isə Azərbaycan hər zaman müsəlman Fələstini dəstəkləyib. Rəsmi Bakı dəfələrlə Yaxın Şərqdəki bu münaqişənin tezliklə başa çatması üçün bəyanatlar da səsləndirib. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Küresel Gazeteciler Konseyi (KGK) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə 27-31 may tarxilərilərində Türkiyə-Azərbaycan 2-ci Media görüşündə çıxış edib və türkiyəli jurnalistlərin İsrail barədə sualllarını cavablandırıb. H. Hacıyev çıxışında bunları deyib: 

"Türkiyədə bəzi jurnalist dostlara demək istəyirəm ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkən zaman İsrail Azərbaycana diplomatik dəstək verib. Məhz yəhudi lobbisi Amerika ilə münasibətlərdə bizə dəstək olub, erməni lobbisinin qarşı mübarizədə bizə yardım edib. Biz bunu açıq etiraf edirik və bundan çəkinmirik. Bəzən deyirlər Azərbaycan İsrailə neft satır. Bunu yazanlar ümumiyyətlə neft bazarının necə işlədiyini belə bilmirlər. Biz Ceyhan limanına neft satırıqsa ondan sonra tankerlərə yüklənən neftin bizə heç bir aidiyyatı yoxdur. Bu neft hər cür təyinat yerinə gedə bilər və ona sadəcə istehsalçı ölkə nəzarət belə edə bilməz. Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərini hər zaman əsas tutur və bütün dövlətlərlə bu münasibətlərdə bu məsələyə həssas yanaşır. Türkiyədə jurnalistlərin bəziləri həm də 30 ildə Azərbaycan xalqının nələr çəkdiyini gözlərinin qarşısına gətirsinlər".


Hikmət Hacıyev ölkəmizin İsraillə münasibətləri ilə yanaşı Fələstinlə də əməkdaşlıq əlaqələrindən bəhs edək edərək bildirib ki, Azərbaycan Fələstinlə ilk diplomatik münasibət quran ölkələrdən biridir. H.Hacıyev həmçinin qeyd edib ki, qardaş ölkənin media orqanlarında hər nə qədər də qınasalar bir şeyi bilmək lazımdır ki, ötən əsrin 80-90-cı illərində türk diplomatlarını qətlə yetirən və sonradan Xocalıda soydaşlarımıza qarşı soyqırım həyata keçirən ASALA terror təşkilatının yaraqlıları məhz Fələstin kamplarında təlim keçiblər və Azərbaycan xalqı bunu unutmayıb. Azərbaycan Prezidentinin köməkçisi erməni lobbisinin basqısı ilə ABŞ-nin 1992-ci ilə Azəbaycan qarşı tətbiq etdiyi “907-ci düzəliş”dən bəhs edib və vurğulayıb ki, məhz həmin düzəliş vasitəsilə Amerika başda olmaqla Avropa ölkələri Azərbaycana silah satmaqdan imtina etdilər. Bir çox dövlətlər ölkəmizə silah satmaqdan imtina etməsinə baxmayaraq, İsrail Azərbaycana ən müasir silahlar satdı və ikinci Qarabağ müharibəsi zamanı diplomatik müstəvidə də ölkəmizə ən böyük dəstəyi verən dövlətlərdən biri oldu. Biz də bu dövlətin ədalətin yanında olmasını unutmayacağıq. Əslində cənab Hacıyev öz açıqlaması ilə həqiqəti bir daha hamının diqqətini yönəltmiş oldu: 

Bu da Azərbaycan iqtidarının bütün məsələlərdə milli maraqlardan çıxış etməsi həqiqətidir. Bakı bizə dost münasibəti göstərənlərlə dost kimi davranır, dayaq və dəstəyini əsirgəmir, hiyləylə, məkrlə yanaşanlara isə layiq olduqları münasibəti göstərir. 

Ümid edirik ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin olduqca aydın tərzdə verdiyi izahdan (Əslində dərs keçdi ) türkiyəli həmkarlarımız nəticə çıxaracaq və könül bulandırmağa yönəlmiş yazılara bir daha yol verməyəcəklər. Bilmək olmaz, bəlkə sabah Türkiyənin milli maraqları İsraillə münasibətləri istiləşdirməyi tələb edəcək və qardaş ölkəmizin İsraillə əlaqələri bizim yəhudi dövləti ilə münasibətlərimizi də ötüb keçəcək?..

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri